26 Oktyabr 2017 15:21
257743
MODA

Keçmiş Türkiyə gözəli komaya düşdü

1975-ci ildə "Türkiyə gözəli” müsabiqəsində ikinci olan Manolya Onurun vəziyyəti pisləşib.

Adalet.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, xəstəxanaya yerləşdirilən keçmiş modelin beyin ölümü gerçəkləşib. Komaya düşən 62 yaşlı Manolyanın ağciyərlərinə gedən damarlardan biri tıxanıb. O, qızı Nilufər Şah tərəfindən xəstəxanaya çatdırılmışdı.

Qeyd edək ki, Manolya Onur sonuncu Osmanlı xəlifəsi Əbdülməcidin nəvəsi, Heydərabad məliyi Mukarram Bereket Şahın keçmiş həyat yoldaşı olub. Onlar 1990-94-cü illərdə ailəli olublar.