31 May 2018 12:07
2941071
MODA

Məşhur aktrisanın libası 250 saata tikilib

"Taxt oyunları” ("Game of Thrones”) serialının aktrisası Emilia Klark bir müddət bundan əvvəl Fransada baş tutan Kann Kino Festivalında "Dior” markalı libası ilə göz qamaşdırmışdı.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin geyim haqda maraqlı fakt ortaya çıxıb.

Məlum olub ki, alt ve üst parçası ayrı-ayrı hazırlanan libas daha sonra "Dior” moda evinin işçiləri tərəfindən əldə tikilib. Paltar haqda ən maraqlı məqam isə odur ki, onun hazırlanmasına 250 saat vaxt sərf olunub.

2018-ci ilin bahar-yay kolleksiyasına daxil edilən geyim aktrisaya özəl hazırlanıb.