17 Dekabr 2018 15:27
3435572
MODA

Dünyanın ən gözəl qızı seçildi

Banqkokda "Miss Universe 2018” müsabiqəsi keçirilib.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən gözəl qızı Filippin təmsilçisi 24 yaşlı Katriona Qrey seçilib. İkinci yerin sahibi isə CAR-dan olan Tamarin Qrin olub.

Yarışmada üçüncü gözəl Venesuela təmsilçisi Stefani Quterres seçilib.

Avstraliyada doğulan və Berklidə musiqi kollecində təhsil alan Qrey münsiflərin ən çox bəyəndiyi iştirakçı olub. O, 93 ölkə iştirakçıları sırasında birinci olmağı bacarıb. Katrionaya tacını "Miss Universe 2017” Demi-Ley Nel-Peters taxıb.