Keçmiş "Fənərbağça"lı "Qarabağ"a keçə bilər
Fransanın "Dijon" klubunun futbolçusu Yassin Benzia karyerasını Azərbaycanda davam etdirə bilər.
Adalet.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Qarabağ"la müqavilə imzalamağa çox yaxındır.
Ağdam təmsilçisi əlcəzairli oyunçuya 2,5 illik müqavilə təklif edib. Benzia cari mövsüm komandasının heyətində meydana çıxmayıb.
Qeyd edək ki, Yassin Benzia Fransada "Lion", "Lill", Yunanıstanda "Olimpiakos", Türkiyədə "Fənərbağça" və "Hatayspor" klublarının formasını geyinib. Əlcəzair millisinin sabiq futbolçusu Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.
Digər Xəbərlər
05 Aprel 2026 09:10
"Atletiko Madrid" meydanda "Barselona" ilə bacarmadı
04 Aprel 2026 15:09
Azərbaycanlı deputat Türkiyədə ağır zədə aldı - VİDEO
03 Aprel 2026 12:45
"Ən böyük arzum odur ki, Azərbaycan millisi dünya çempionatının finalına çıxsın" - AFFA prezidenti
03 Aprel 2026 12:15


Bakı -°C

