adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Aprel 2024 17:08
880
HADİSƏ

Kəlbəcərdə selin apardığı kişinin meyiti tapıldı - YENİLƏNİB

Kəlbəcərdə yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.

Adalet.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov açıqlamasında bildirib. Onun sözlərinə görə, aparılan axtarışlar nəticəsində ölən sürücü Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

    xxx

    12:21

    Kəlbəcərdə yük maşının çaya aşması nəticəsində sürücünü sel aparıb.

    Adalet.az  xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

    Onun sözlərinə görə, ölən Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovdur.

    Hazırda axtarış işləri davam etdirilir.