""Qarabağ"ı dəstəkləməyə davam edəcəyəm" - Julio Romao
“Artıq sağollaşmaq vaxtı gəlib çatdı. Burada keçirdiyim hər an üçün hər kəsə təşəkkür edirəm”.
Adalet.az xəbər verir ki, bu sözləri “Qarabağ”dan ayrılaraq Macarıstanın "Ferentsvaroş" komandasına transfer olunan Julio Romao Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.
Braziliyalı yarımmüdafiəçi “Qarabağ”a hər şeyin ən yaxşısını arzulayıb: “Hər zaman sizi dəstəkləməyə davam edəcəyəm. Çox sağ ol “Qarabağ”, çox sağ ol Azərbaycan!”
Qeyd edək ki, 2022-ci ilin yayından Ağdam təmsilçisində çıxış edən Julio Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024-cü illər mövsümlərində Azərbaycan çempionu, 2023/2024-cü illər mövsümündə ölkə kubokunun qalibi olub.
Digər Xəbərlər
30 Dekabr 2025 11:44
Millimizin sabiq futbolçusu komandasının uduzacağına mərc edibmiş
29 Dekabr 2025 12:47
Azərbaycan çempionatında 16 böyükhesablı nəticə qeydə alınıb
29 Dekabr 2025 11:12
Afrika Millətlər Kubokunda növbəti oyunlar keçirildi
27 Dekabr 2025 14:32


Bakı -°C

