Kənd Təsərrüfatı Nazirliyi müsabiqə elan edir
Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında növbəti müsabiqə elan edilir.
Adalet.az xəbər verir ki, müsabiqənin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.
Müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər. Yanvarın 16-dan müsabiqə üçün ərizə qəbulu prosesinə başlanılacaq və 5 iş günü ərzində davam edəcək. Fermerlər ərizələri Dövlət Aqrar İnkişaf Mərkəzlərinə təqdim etməli və ya EKTİS-ə daxil olaraq müsabiqədə iştirakla bağlı elektron qaydada qeydiyyatdan keçməlidir. Müsabiqə ilə bağlı yaradılan işçi qrupları fermerlərin təsərrüfat fəaliyyətlərinin yerlərdə monitorinqini keçirəcək.
İştirakçıların fəaliyyəti müasir texnologiyaların tətbiqi, qeyri-ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, aqrar sektora xarici investisiyaların cəlb olunması, fermerin öz təsərrüfatını aqroturizmə açıq elan etməsi və digər meyarlar əsasında qiymətləndiriləcək.
Müsabiqə iki mərhələdə həyata keçiriləcək. Hər iki mərhələ üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndiriləcək. Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində yüksək bal toplamış iştirakçı qalib elan ediləcək. Qalib fermer mükafatlandırılacaq və sertifikatla təltif olunacaq. Eyni zamanda, qalib fermerə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən və təsərrüfat fəaliyyətinə uyğun olan layihələrdə iştirak etmək imkanı yaradılacaq.
Müsabiqənin gedişatı və nəticələri mütəmadi olaraq Kənd Təsərrüfatının rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində dərc olunacaq.
Digər Xəbərlər
21 Oktyabr 2026 23:26
Leyla Əliyeva Səmərqənddə Əminə Ərdoğanla bir araya gəldi - YENİLƏNİB +FOTOLAR
21 Oktyabr 2026 13:06
Sulutəpəyə gedənlərin nəzərinə - Yol bağlandı
21 Oktyabr 2026 12:46
Pensiya, müavinət alanlara şad xəbər: Gələn il...
21 Oktyabr 2026 12:30
Şimşək çaxacaq, dolu düşəcək
21 Oktyabr 2026 12:19
"Qanunsuz bələdiyyə qərarları ləğv edilib" - Baş idarə rəisi
21 Oktyabr 2026 12:06
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
21 Oktyabr 2026 11:12
DYP əhaliyə müraciət etdi
21 Oktyabr 2026 10:48


Bakı -°C

