Keşiş Baqrat yenidən Kirantsdan yürüş başladı: "Get, təzədən gəl" əmri
Xatırlayırsınızsa, ötən ayın əvvəlində erməni keşiş, revanşistlərin yeni lideri Baqrat Qalstanyan Ermənistanda sentyabrın 4-də böyük mitinq olacağını elan etmişdi.
O vurğulamışdı ki, hansı istiqamətə gedəcəyimizi mitinq zamanı müəyyən edəcəyik:” Mübarizəmizin alternativi yoxdur, bu itkilər zəncirini qırmaq üçün qalib gəlməliyik”.
Adalet.az xəbər verir ki, rəhbərlik etdiyi yürüş iştirakçıları İrəvana yaxınlaşır. Xəbəri erməni mediası və sosial şəbəsələr yayıb.
Hetq.am yazır:”Baqrat Srbazanın başçılıq etdiyi “Vətən Uğrunda Tavuş” hərəkatı ötən gün, mayın 9-da Respublika meydanında mitinqin keçiriləcəyi Yerevana yürüş edir.
Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi bu hərəkat yepiskopun qeyd etdiyi kimi, həqiqət və ədalət naminə yalan və yalana qarşı mübarizədir. Hərəkat iştirakçıları Tavuşda gedən demarkasiya prosesinə son qoymaq istəyirlər. İrəvana yaxınlaşdıqca yürüş iştirakçılarının sayı artır”.
Görünən odur ki, Karentsdan Abovyana gedən yolun sonu Ermənistanın hökümət binasının qarşısına qədər olacaq.
Qeyd edək ki, yürüş mayın 4-də Tavuş vilayətinin Kirants şəhərindən başlayıb.
P.S. Politoloq Asif Nərimanlının dediyi kimi, Keşiş Baqratın “Vətən üçün Tavuş hərəkatı” siyasi korporasiyaya bənzəyir: kilsə, həm Qərbdə, həm Rusiyadakı diaspor, “Qarabağ klanı”, Ermənistanda Moskvaya yaxın qüvvələr, bir sözlə Paşinyana qarşı olan hər kəs burada birləşir, lakin hələ də Nikolun taxtını laxladacaq gücdə deyil.
Bir sözlə, Baqratı idarə edənlər, maliyyə verənlər tapşırıb ki, get, təzədən gəl, bəlkə bu gəlişinin içindən bir zad çıxdı.
Əntiqə Rəşid