Xəbər verdiyimiz kimi, Ukraynanın rəsmi nümayəndələri noyabrın 30-da Floridada Ağ Ev administrasiyasının nümayəndələri ilə, prezident Donal Trampın "sülh planını" (əslində kapimulyasiya planını) müzakirə ediblər.
Ağ Evin mətbuat katibi Kerolayn Livittin sözlərinə görə, Ukrayna münaqişəsinin həlli ilə bağlı Tramp planına ciddi dəyişiklər edilib. Livittin bildirdiyinə görə, Donald Trampın administrasiyası , sülh razılsşmasının əldə edilməsi perspektivinə optimist yanaşır.
"Dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff, vitse-prezident cey Di Vens, hətta prezident Donald Tramp və Pentaqonun şefi Pit Xersetdə daxil olmaqla, prezident apparatı , məsələnin həlli ilə bağlı həddindən artıq iş görüblər"-deyə Kerolayn Livitt jurnalistlərlə keçirdiyi mətbuat konfrandında bildirib.
Ağ Evin mətbuat katibinin spzlərinə görə, mümkün razılaşmanın əsas müddəaları artıq kağız üzərindədir. Livittin fikirincə, Vaşinqtonun diplomatiyası menaqişə tərəfləriylə danışıqlar prossesini aparmaq ümkanına malikdir.
Danışıqlarda iştirak edən Ukrayna prezidentinin nümayəndələri isə, hesab edirlər ki, sülh danışıqları müvəffəqiyyərlə keçsə də, ən çox vaxt aparan ərazi məsələləri ilə bağlı kompramiss əldə olunmayıb. Yəni, gözlənildiyi kimi, Ukrayna tərəfi Rusiya tərəfindən işğal olunmuş ərazilərdən imtina eməyəcəklərində israrlı olduqlarını bəyan ediblər.
Avropa ölkələrinin liderləri də, Trampın "sülh planından" narazılıqlarını bildirirlər. Onlar aydın şəkildə anlayırlar ki, Ukraynadan sonra, Putinin hədəfi Avropadır. Dünən, dekabrın 1-də Fransa prezidenti Emmanuel Makron, ABŞ prezidenti Donald Trampla telefin danışıülarl zamanı narahçılıqlarlnı onun nəzərinə çatdırıb. Fransa prezidenti dialoq zamanı qeyd edib ki, bütün hallarda Kiyevin təhlükəsizlinin təmin olunması mütləq nəzərə alınmalıdır.
Makron, əslində Ukraynadan çox Avropanın təhlükəsizliyindən narahatdır. Çünki, Rusiya prdzidenti Vladimir Putin, Macarıstan xaric, bu müharibədə Ukraynaya hərbi dəstək göstərən digər Avropa dövlətlərinə- xüsusiylədə Polşaya bunu bağışlamayacağını yaxşı bilir.
Məhz bu səbəbdən Rusiya prezidenti Vladimir Putin bəyan edir ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində ABŞ planı əsas götürülməlidir.
Yəni, Ukrayna işğal edilmiş ərazilərini Rusiyaya verməli, hərbi qüvvələrini məhdudlaşdırmalı, NATO və Avropa İttifaqlna üzvlükdən imtina etməli, Ukraynanın yeni seçiləcək prezidenliyə namizədləri Kremllə razılaşdırılmalı, bir sözlə Rusiyanın vassalına çevrilməlidir kimi, qəbul olunması mümkün olmayan absurd tələblər.
ABŞ prezidrntinin xüsusi elçisi Stiv Uitkoff, Florida danışıqları zamanı, Ağ Evin mətbuat katibinin də bəyan etdiyi kimi, "ciddi dəyişiklərə məruz qalmış" "sülh planını" Rusiya prezidenti ilə yenidən müzakirə etmək üçün Moskvaya gedir. Çox güman ki, prezident Putin, Ukrayna nümayəndələrinin işğal edilmiş ərazi məsələlərində kompramissə gəlməməsini bəhanə gətirətək, "sülh planını" geri çevirəcək.
Görünən odur ki, Trampın "sülh planı" hələ uzun müddət müzakirə olunacaq.
Ukraynada isə zaman gözləmir, şiddətli müharibə davam edir, Trampın bütün cəhdlərinə rəğmən, tezliklə bitəcəyinə ümidlər azalmaqdadır...


Bakı -°C
