adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 May 2015 20:42
51818
RUBRİKA

“Köklü problemlər öz həllini tapıb” - Müsahibə

Mandat.O hər kəsə qismət olmur. Gərək seçiləsən, xalq tərəfindən seçilmiş olasan. Azərbaycandahər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını, onları seçəni təmsiletmək. Bu il ölkəmizdə Milli Məclisə növbəti seçki keçiriləcək. İndikideputatlardan yenə seçilmək istəyənlər olacaq. Son sözü həmişə xalq deyir.Maraqlıdır, xalq onlara yenə "hə" deyərmi? Özlərindən soruşmaq daha məqsədəuyğundur.Necə deputat olduqlarını, hansı təkliflərlə, çıxışlarla, mövqeləri iləseçildiklərini daha yaxşı özləri bilər. Əlbəttə, qiyməti seçici müəyyənləşdirir,ancaq dəyərini gərək mütləq və mütləq özün biləsən.

Beləliklə,"Mandat” rubrikasının bugünkü qonağı 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindənmillət vəkili Rövşən Rzayevdir.

- Rövşən müəllim, Milli Məclisdə 5 illik fəaliyyətinizinecə dəyərləndirirsiniz?

- Bunu mənimdeməyim düzgün olmaz. Mən işimi necə qura bilmişəm, seçki dövründə verilən vədlərinə dərəcədə yerinə yetirə bilmişəm? Bunu seçicilərdən soruşsanız, daha doğruolar.

- Bu sualı verməklə seçicilərin qaldırdığı məsələlərinə dərəcədə həyata keçirdiyinizi öyrənmək istədik...

- Mənilk dəfə 2004-cü ildə Göygöl-Daşkəsən seçki dairəsindən Milli Məclisin deputatıseçilmişəm. 2005-ci ildə və daha sonra 2010-cu ildə seçilər mənə yenidən etimadgöstəriblər. Ötən illər ərzində seçicilərimlə daima təmasda olmuşam. Onlarla mütəmadiolaraq görüşürəm, qaldırdıqları məsələlərin həlli üçün bütün imkanlarımdanistifadə edirəm. Onu da qeyd edim ki, 2004-cü ildən etibarən möhtərəmPrezidentin rəhbərliyi ilə həyata keçirilən "Regionların sosial-iqtisadiinkişafı üzrə” Dövlət Proqramları Göygöl və Daşkəsən rayonlarında da öz müsbətnəticəsini göstərir. Əgər ötən illərdə işıq, qaz, su, yol problemləri var idisə,bu gün onların böyük əksəriyyəti aradan qaldırılıb. Bu məni sevindirir. Çünkiinsanlarımızın sosial qayğıları azalır. Bu problemlərin həllində millət vəkiliolaraq mən də əlimdən gələn köməyi göstərməyə çalışmışam. O cümlədən son 5 ildəseçicilərin qaldırdığı bir çox məsələlər həllini tapıb. Bu gün, digər bölgələrimizkimi, Daşkəsən və Göygöl rayonları da inkişaf edir, abadlaşır. Sözsüz ki, görüləcəkişlər, həlli vacib məsələlər də var və seçicilərlə hər görüşümdə onların bu barədəfikirlərini, qayğılarını dinləyirəm.

- Mandatını qazandığınız seçicilərin həll olunmamışproblemi kimi nələri sadala bilərsiniz?

- Ümumiyyətlə,inkişaf olan yerdə problemlər də olur. Ancaq dediyim kimi, artıq köklü problemləröz həllini tapıb. Eyni zamanda, inkişaf prosesi özlüyündə yeni addımları, təşəbbüslərizəruri edir. Bu baxımdan bölgələrimizin böyük potensialı var. Bu potensialdandaha geniş istifadə olunması yerlərdə əhalinin rifah halını da yaxşılaşdırar. Göygölvə Daşkəsən rayonları turizm baxımından çox əlverişli yerdir. İstərdim ki, işadamları bu bölgəyə investisiya yatırsınlar. Bu həm yeni iş yerlərininaçılmasına, həm də turizmin inkişafına töhfə vermiş olar. 

- Qarşıdan gələn parlament seçkilərindəiştirak etmək niyyətiniz varmı?

- Bu məndənyox, seçicilərdən asılı olan məsələdir.

- Azərbaycanın regionda və dünyada yeri, Milli Məclisininbu baxımdan rolu barədə nə deyə bilərsiniz?

- Bu günAzərbaycan dövləti sürətli inkişaf yolundadır. Bu inkişaf həm siyasi cəhətdən,həm iqtisadi baxımdan ölkəmizin müsbət imicini formalaşdırır. Prezident İlhamƏliyevin yürütdüyü uğurlu xarici siyasət ölkəmizin beynəlxalq arenada mövqelərinimöhkəmlədir, dünyada Azərbaycanın haqlı mövqeyini müdafiə edənlərin sayı artır.Təbii ki, Azərbaycanın bu uğurunu gözü götürməyən qüvvələr də var. Onlar daimAzərbaycan əleyhinə iş aparır, ölkəmizə qarşı münasibətdə ikili standartlarladavranırlar. Onlar erməni lobbisinin və ermənilərin fitnəsi ilə dünyanın gözünəkül üfürən siyasətçiləridir. Dünya birliyinin Azərbaycanın məruz qaldığı işğalasəssiz qalması ikili standartların ən yüksək həddidir. Təbii ki, AzərbaycanMilli Məclisi də ali qanunverici orqan kimi bu və ya başqa istiqamətdə ölkəmizləbağlı həyata keçirilən ikili standartlara qarşı öz haqq səsini qaldırır. Bütünbunlar onu deməyə əsas verir ki, Milli Məclis öz üzərinə düşən vəzifənin öhdəsindənlayiqincə gəlir. Bununla yanaşı, Milli Məclisin deputatları həm də beynəlxalq qurumlardatəmsil olunurlar, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların ParlamentAssambleyalarında ölkəmizin maraqlarını müdafiə edirlər.

- Rövşən müəllim, siz həm də Milli Məclisin AŞPA-dakınümayəndə heyətinin üzvüsünüz. AŞPA-da son sessiyasında erməni əsirliyindəkisoydaşlarımızla bağlı məsələ qaldırıldı. Bununla bağlı müvafiq qərar qəbuloluna bilərmi?

- Erməniəsirliyindəki soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ birneçə dəfə AŞPA-da qaldırılıb. AŞPA-nın yaz sessiyasında bununla bağlı AvropaŞurası Nazirlər Komitəsinə sədrliyi həyata keçirən Belçikanın xarici işlərnazirinə sual ünvanlamışdım. Belçikalı nazir bu günlərdə Bakıda olanda da busual ona verildi. Amma o, Qərb siyasətçilərinə uyğun tərzdə suala cavabdanyayındı. AŞPA nümayəndə heyətinin üzvü kimi onu deyə bilərəm ki, bu məsələ iləbağlı millət vəkillərimiz bütün imkanlarını səfərbər ediblər. Azərbaycan vətəndaşlarınınDağlıq Qarabağ bölgəsində bu cur saxlanması, onlara işgəncə verilməsi, qondarmaməhkəmənin keçirilməsi beynəlxalq hüquqa ziddir. Bu bizi narahat edir. Çox təəssüfki, bu gün Ermənistan rəhbərliyi bu məsələdə konstruktiv mövqe göstərmir. Ancaqiş gedir. Azərbaycan öz vətəndaşlarını azad etmək üçün öz imkanlarındanmaksimum istifadə edəcək. Ümid edirik ki, yaxın vaxtlarda bu məsələ həllinitapacaq.

- Avropa Oyunları öncəsi Azərbaycana qarşı qərəzliçıxışlar davam edir...

- Öncə onuqeyd edim ki, ölkəmizin Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi Azərbaycanınuğurudur. Dünya miqyaslı idman yarışının Bakıda keçirilməsi, dünyanın nəzəriniyaxşı mənada Azərbaycana yönəlməsi ölkəmizin bu gününə, gələcəyinə töhfə verənbir hadisədir. Təbii ki, belə bir uğurun qarşısında bizi istəməyən qüvvələr tərəfindənAzərbaycan əleyhinə kampaniya aparılır. Bu erməni lobbisinin və erməni dostuolanların siyasətidir. Onlar Azərbaycanın uğuruna müsbət baxa bilmirlər. Ancaqbunların heç biri bizim uğurumuza kölgə sala bilməyəcək. Yeri gəlmişkən, mən Azərbaycanidmançılarına arzu edirəm ki, onlar Avropa Oyunlarında ən yüksək nəticələr göstərsinlər.

- Adətən millət vəkilləri ilə icra hakimiyyətləri vəya məmurlar arasında müəyyən soyuqluq olur...

– Məmurlarlaheç bir problemimiz yoxdur. Mən nə zaman məmurlara müraciət etmişəmsə, heç birproblemlə üzləşmədən qaldırdığım məsələ öz müsbət həllini tapıb.

ƏdilƏdilzadə