Komitə sədri ləğv olunan vergi güzəştlərindən danışdı
“Vergi Məcəlləsinə dəyişikliklər qeyri-neft və özəl sektorda əməkhaqqı gəlirləri üzrə fiskal yükün tənzimlənməsi ilə bağlıdır”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı parlamentın İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
“Məlum olduğu kimi, 2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərdə vergi və sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir. İslahatlar nəticəsində əmək müqavilələrinin sayında 2 dəfəyə qədər, əməkhaqqı fondunda isə 2 dəfədən çox artımlar əldə edilib. 2026-cı ildə güzəşt dövrü başa çatır və gəlir vergisi 2500 manatadək gəlirlər üzrə 14%, 2500 manatdan çox gəlirlər üzrə isə 25% tətbiq olunmalıdır. Ancaq Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər 2019-cu ildən əvvəlki vergi dərəclərinin olduğu kimi yenidən bərpasını deyil, yeni güzəştli rejimin tətbiqi nəzərdə tutur.
Belə ki, 2500 manatadək gəliri olan şəxslər üzrə gəlir vergisi 14% əvəzinə, 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə isə 7% dərəcə ilə tətbiq ediləcək. Nəticədə bu, region ölkələri arasında ən aşağı göstərici olacaq”, - komitə sədri bildirib.
Digər Xəbərlər
21 Noyabr 2025 09:44
Azərbaycan nefti bahalaşdı
20 Noyabr 2025 14:42
“AzerGold” QSC-də Argentinanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
19 Noyabr 2025 13:13
Əhalinin banklarda nə qədər əmanəti var? - AMB sədri açıqladı
19 Noyabr 2025 13:07
Mərkəzi Bankın sədri manatın məzənnəsindən danışdı
19 Noyabr 2025 12:45
Nazir gələn ildən maaşların vergiyə cəlb olunmasından danışdı
19 Noyabr 2025 12:44
Son 7 ildə özəl sektorda əməkhaqqı fondu 3 dəfə artıb
19 Noyabr 2025 12:35
"Özəl sektorda hər gün 200-ə yaxın yeni iş yeri yaradılıb" - Mikayıl Cabbarov
19 Noyabr 2025 12:03


Bakı -°C

