06 Noyabr 2024 13:12
2873
ŞOU-BİZNES

Könül Kərimova: “Bu sözü həzm edə bilmərəm”

Könül Kərimova ilə  gənc ifaçı arasında qalmqal yaşanıb.

Adalet.az xəbər verir ki, o, gənc ifaçının “Yar başına dönüm sənin” nəğməsini ifa etməsini  bəyənməyib:

“Bir məkanda idim orda hər kəs mənə deyir ki, Könül xanım, Anar Qasımzadə  sizin mahnınızı ələ salıb. Bu sözü həzm edə bilmərəm mən.
 Mən müasirliyi də bilirəm, fərqli aranjmanı da anlayıram. Ancaq burda ifa tərzi çox pisdir. Mən indi bilirəm ki, bəstəkarlar nələr çəkir. Mahnını o dərəcədə ələ salmazlar”.

Əntiqə Kərimzadə