24 Noyabr 2023 15:27
1747
MƏDƏNİYYƏT

Konya zəngin mağaraları ilə turizm potensialını artırmaq istəyir

Mədəniyyət və turizmi ilə dünyanın müxtəlif yerlərindən gələn turistləri qəbul edən Konya möhtəşəm mağaraları ilə də zəvvarların diqqətini çəkir.

Adalet.az xəbər verir ki, Konya-Antalya marşrutu üzərində yerləşən və 1968-ci ildə fransız alimi tərəfindən kəşf edilən 22 kilometr uzunluğundakı Tınaztepe mağarası "təbiət möcüzəsi" olaraq adlandırılır.

Mağaranın sahəsi 1580 metr, döşəmə ilə tavan arasındakı hündürlük bəzi yerlərdə 65 metrə çatır. Mağaranın içərisindəki qalereyalar ziyarətçilərə “vizual ziyafət” təqdim edir.

Mağaranı idarə edən şirkətin baş direktoru Bayram Çelmeli 2004-cü ildən etibarən fəaliyyət göstərdiklərini bildirib.

Mağaranı öz imkanları ilə təchiz etdiklərini bildirən Çelmeli, "Mağaramızın sabit uzunluğu 22 kilometrdir, lakin gəzilə bilən, yəni təchiz olunmuş hissəsi 1580 metrdir. Mağara 1968-ci ildə Fransız alimi Mixail Bakaloviç tərəfindən kəşf edilib və o dövrün alətlərindən istifadə edilməklə rəsmlər çəkilmişdir. Onu digər mağaralardan fərqləndirən cəhəti içərisində daha bir mağara olmasıdır. Xüsusilə yaz aylarında yağış və qar yağıntılarından aşağıya doğru axan su bir mağara yaradır. Zamanla burada stalaktitlər və stalaqmitlərin əmələ gəlməsinə yol açır.”

Hər il minlərlə yerli və xarici zəvvar qəbul edən mağaranın yaşı ilə bağlı məlumat verən Çelmeli qeyd edib: "Mağaranın yaşı 230 milyon il olaraq təyin olunub. Stalaktitlər və stalaqmitlərin hər santimetrinin əmələ gəlməsi üçün 100 il lazımdır. Bu yolla mağaranın yaşını təxmin edə bilərik."

Çamlıkmağaraları

Konyanın Derebucak sərhədləri daxilində yerləşən və 2022-ci ildə milli park elan edilən Çamlık Mağaralarının turizm mərkəzinə çevrilməsi üçün işıqlandırma və avadanlıq işləri tamamlanıb. Mağaranın yerləşdiyi ərazidə torpağın sıldırım olması vəhşi heyvanlar üçün əlverişli yaşayış mühiti yaradır. G\zinti zamanı bölgədə qorunan çöl keçilərinə də rast gəlmək mümkündür.

Beyşehir Mədəniyyət və Turizm Dərnəyi Başçısı Mustafa Büyükkafalı ətrafda müxtəlif ölçülü 20-yə yaxın mağara olduğunu bildirib

Balatini Mağarasının "Çamlık Mağaraları" adlandırılan mağaraların ən böyüyü olduğunu qeyd edən Büyükkafalı: "Mağaranın xüsusiyyəti ondan ibarətdir ki, 1 kilometrdən sonra inanılmaz gözəl mənzərə ilə qarşılaşacaqsınız. Digər mağaralara nisbətən fərqli formasiyalar görmək mümkündür. İrəlilədikcə inanılmaz gözəllikdə stalaktitlər və stalaqmitlər görəcəksiniz. Bundan əlavə, mağara su ilə doludur, dərhal "cadu qazanı" deyilən suya düşəcəksiniz. Buradan mümkün qədər tez çıxmalısınız və bunun üçün xüsusi avadanlıqlara ehtiyac var. Hazırda bu ərazi  turizm məqsədləri üçün istifadə olunur”.

Suluin Mağarası

eyni bölgədə, Çamlıkdan 500 metr cənub-qərbdə yerləşir.

Təxminən 25 metr uzunluğunda olan mağaranın girişi su ilə dolu olduğu üçün yanlız qayıqla gəzinti mümkündür. Nəhəng daş bloklar arasında şəlalələr əmələ gətirən su mağaranın 150 metr daxilində böyük bir gölə birləşir. Bu dərin göldə qayıqla gəzmək böyük bir həzzdir.