Kreml dollar və avrodan imtina edir?
Beynəlxalq Ticarət Bankının rəhbəri Andrey Kostin, "Vedemosti"yə müsahibəsində bəyan edib ki, Rusiyada sanksiyalar altında olan və olmayan bankların bir yerdə çalışması sistemi mümkün deyil və bank sektorunu ümumiyyətlə dollar və avroyla hesablaşmalar aparmaqdan imtina etməyə çağırıb.
"Mən, ümumiyyətlə sanksiya altında olan və olmayan bankları ikili sistemlə işləməyin mümkünlüyünə inanmamağa çağırıram. Sanksiya dairəsi onsuzda getdikcə daralır. Ona görə də, sanksiya rejimində işləməyə alışmalıyıq. Bizim sanksiyalar altına düşməyən banklarımızın, ametikan tərəfdaşları tərəfindən hesablarında dollarla hesablaşmalar apardıqları müxbir hesabları bloklanır. Bu isə artıq sanksiyaların tədbiq olumasına bərabərdir"- deyə bankir bildirib.
Kostin əlavə edib ki, dost münasibətdə olduğumuz ölkələrin banklarına da təyziqlər artırılır. Onları da ikinci sanksitalar dalğası təhlükəsi gözləyə bilər. Ona görə də, dollar və avro ilə hesablaşmalar aparılmasından imtina ediməli, yuan, tenge, rubl və başqa valyutalarla işləməyi öyrənməliyik.
BTB-nın rəhbəri həmçinin qeyd edib ki, hesablaşmalar aparılması üçün, Rusiya banklararası beynəlxalq sistemdən- SWIFT-tin xidmətindən imtina etməli və alternativ sistemlərə keçməlidir. Bu cür alternativ sistemlər Rusiyada, Çində var. Kostin, eyni zamanda sanksiyalara cavab olaraq, Rusiyada fəaliyyət göstərən xarici bankların da içlərinə məhdudiyyətlər qoyulmasını təklif edib.
Beynəkxalq Ticarət Bankının rəhbəri Andrey Kostin, rəhbərlik etdiyi banka qarşı sanksiyaları tədbiq olunmasından deyəsən bərk qəzəblənib. Yəqin çətin vəziyyətə düşüb və istəyir ki, digər bankları da öz vəziyətlərinə salsın. Rəhbərlik etdiyi bankın, xarici banklardakı aktivlərinin dondurulması, rezident bankların onlarla biznes fəaliyyətinin qadağan olunması, deyəsən Kostini çox yandırır.
Rüstəm Hacıyev
Digər Xəbərlər
07 Yanvar 2026 16:18
Sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
07 Yanvar 2026 15:25
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası nə vaxt keçiriləcək?
07 Yanvar 2026 13:47
“Qızıl ehtiyatların həcminə görə Azərbaycan dünyada ilk iyyirmi beşlikdə qərarlaşıb...”
07 Yanvar 2026 11:10
“Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi zəncirinə tam inteqrasiyası...”
07 Yanvar 2026 11:03
“Bu il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönələcək...”
07 Yanvar 2026 10:13
Azərbaycan nefti ucuzlaşdı
06 Yanvar 2026 19:54
Gürcüstan Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırdı
06 Yanvar 2026 15:16


Bakı -°C

