Kuklaçılar “DEMMENİFEST”də

Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri 10-16 iyun tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək II Beynəlxalq “DEMMENİFEST - 2025” Kukla Teatrları Festivalında iştirak edəcək.
Adalet.az xəbər verir ki, E. S. Demmeni adına Sankt-Peterburq Dövlət Marionet Teatrının İkinci Dünya Müharibəsində qələbənin 80 illiyinə həsr etdiyi festival “Dünya bizim əllərimizdədir” şüarı ilə keçirilərək kuklaçıları bir araya gətirir.
Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstək verdiyi teatr bayramında kuklaçılarımız yeni səhnə əsəri ilə iştirak edəcəklər.
Belə ki, xüsusi təqvimlə bağlı təşkil olunan beynəlxalq miqyaslı teatr bayramına yaradıcı heyət “İnnab ağacı” adlı səhnə işi ilə qatılacaq.
Tamaşa iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı, hər birimizin fəxri general-mayor Həzi Aslanova həsr olunub.
Təsadüfi deyil ki, qüdrətli sərkərdə, görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Yenilməz sərkərdənin döyüşdə göstərdiyi əfsanəvi qəhrəmanlıqlar hərb tariximizin ən şanlı səhifələridir.
Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında rus dilində (tərcümə edəni Elşadə Əzizovadır ) hazırlanan birhissəli kukla tamaşası “qara kabinet” üslubunda hazırlanıb.
Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir.
Musiqi tərtibatlı tamaşada unudulmaz qəhrəmanımızın həyat və döyüş yoluna nəzər salınıb, məktubları və haqqındakı xatirələr əsasında fərqli səhnə işi ərsəyə gətirilib.
Tamaşada qəhrəmanların kukla obrazlarını teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli yaradıblar.
İyunun 10-da “Zəfər baharının nəğmələri” tamaşa-kompozisiyası ilə start götürəcək festivalın proqramında 8 kukla tamaşası var.
Ümumilikdə dünya kukla teatrları və festivalları sıralamasında xüsusi yeri olan teatr və festival ilə Azərbaycan Dövlət Kukla Teatrının uzunmüddətli səmərəli əməkdaşlığı var və bu dəvət də həmin əlaqənin uğurlu davamıdır.
Onu da qeyd edək ki, tədbirdə iştirak xərclərini festival təşkilatçıları öz üzərlərinə götürüblər.
Digər Xəbərlər

Antalyanın ən məşhur yürüş marşrutlarını kəşf edin- FOTOLAR

Şəmistan Əlizamanlının ifası məşhur serialda - VİDEO

Aqil Abbas Qədir Rüstəmovu xatırlayanda kövrəldi... - "Şəxsi Əşyalar" - Vasif Ayan ilə - VİDEO

“Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi” mövzusunda konfrans keçirib

Türkiyə Qlobal səyahətə ilham verən ilk orijinal mini-serialını təqdim edir - FOTOLAR

“Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib - VİDEO

Karatepe-Aslantaş Yazıları UNESCO-nun “Dünyanın Yaddaşı” Reyestrinə daxil edilib
