Laçında açıq səma muzeyi yaradılacaq
Laçında “Laçının daş yaddaşı” adlı açıq səma altında muzey yaradılacaq.
Adalet.az xəbər verir ki, Mədəniyyət Nazirliyi belə bir muzeyin yaradılması ideyasını bəyənib və dəstəkləyib.
Muzeydə nümayiş etdiriləcək daşlar rayonun kəndlərində toplanılaraq Laçın şəhərində yerləşən Yun zavodu adlanan əraziyə gətirilib.
Daşları laçınlı ziyalılar Azər Məmmədov və Akif Binəyerli toplayıb.
"İzi itməkdə olan qədim qəbiristanlıqlarda olan 7-8 ədədi istisna olmaqla qalanı baxımsızlıq ucbatından və qızılaxtaranlar tərəfindən qazılaraq bir kənara atılıb. Dağ yamaclarına yuvarlanmış şəkildə qalaraq itib batmaq üzrə olan bu tarixi əsərlər Laçının mərkəzində açıq muzeydə qorunacaq. Həmin abidələrin elmi cəhətdən araşdırılması yolu ilə tariximizi öyrənmək mümkün olacaq", - A.Məmmədov bildirib.
Onun sözlərinə görə, kəndlərdən, meşələrdən, dağ yamaclarından, kolluqların içindən böyük çətinliklər hesabına 65 ədəd abidəni toplayaraq Laçına gətiriblər.
Ermənilərin vandalizmə məruz qoyduğu daşlar tezliklə Laçın şəhərinin mərkəzində açıq səma altındakı muzeydə üç dildə nümayiş olunacaq.
Digər Xəbərlər
23 Sentyabr 2026 23:37
Leyla Əliyeva milli geyimdə - FOTOLAR
23 Sentyabr 2026 09:47
“Sərgüzəşti- Vəziri-xani- Lənkəran” tamaşasının premyerası keçirilib
20 Sentyabr 2026 11:15
Venesuela səfiri Bakı Xoreoqrafiya Akademiyasında qonaq olub
18 Sentyabr 2026 09:14


Bakı -°C

