Lavrovun "SSSR" sviterinin sirri: Rusiyanın 158 illik travması
jpg-1755253228.jpg)
Bu gün ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Alyaskada görüşəcək və bu danışıqların əsas mövzusu Ukraynada sülhün təmin olunmasıdır.
Belə bir görüşə Rusiya Xarici İşlər naziri Sergey Lavrov hansı mesajla gedib desəniz, gülünc bir səhnə hamımızın gözləri qarşısındadır. Görüşdə iştirak edəcək Lavrov avtomobilindən düşərkən hotelə doğru gedib. Görüşü izləməyə gələnlər Lavrov üzərində “SSRİ” yazılı sviteri elə o zaman görüb və bütün sosial şəbəkə istifadəçiləri "SSSR" sviterini müzakirə edir
Axı, Rusiyanın belə bir kritik zamanında, ordusunda, şəhərlərində, güvənində qırğın olduğu bir dövrdə "SSSR" sviteri geyinmək bir Rusiya rəsmisinin nəyinə lazım olsun ki?
Əslində bunu anlamaq üçün çox da dərinə getməyə ehtiyac yoxdu.
Beləki, Alyaska əvvəllər Rusiyanın ərazisi olsa da 158 il əvvəl -1867-ci ildə, Rusiya imperatoru II Aleksandrın zamanında ABŞ-a satıldı.
Təklifi ruslar irəli sürmüşdülər və hətta tərəddüd edən amerikalı konqresmenlərə rüşvət də təklif etmişdilər. O zaman Moskva dünyanın ən uzaq guşələrindən birində yerləşən Alyaskanı lazımsız yer hesab edərək, Alyaskanı ABŞ-a 7.2 milyon dollara satdılar. Yəni ABŞ Alyaskanın hektarını 2 sentə aldı. Alyaska 1867-ci il oktyabrın 18-də rəsmən Amerika ərazisinə çevrildi. Bölgənin rəsmi təhvil verilməsi Alyaskanın mərkəzində - Novoarxangelskdə baş tutdu.
Alyaska satıldıqdan bir müddət sonra amerikalılar burada nəhəng neft ehtiyatları, qızıl yataqları aşkar etdiklərini elan edəndən sonra ruslar it kimi peşiman oldular. Çünki, tez bir zamanda əhəmiyyətli qızıl qaynaqlarının, 1968-ci ildə Şimal Qütbü sahil düzənliyində neft və təbii qaz yataqlarının kəşfi 1880-ci illərdə və 1890-cı illərdə çox sayda amerikalıların Alyaskaya yerləşməsi ruslarda böyük bir şok, ağrılı bir travma yaratdı. Alyaskanın inkişaf etməsi sonrakı illərdə ABŞ-a trilyonlarla dollar qazandırdı.
Bu gün ABŞ-da istehsal olunan neftin 25 faizi Alyaskada daha böyük gəlir gətirən ştat oldu. Alyaska sahillərindəki Pradxo Körfəzi Şimali Amerikanın ən böyük neft yatağıdır. Dövlət satış vergisi tutmadığı kimi, fərdi gəlir vergisi ödəməyən yeganə ştatdır. Alyaska balıqçılıq və dəniz məhsulları sənayesi və ya turizmdən böyük həcmdə gəlirlər əldə edir.
O vaxtdan neçə nəsillər dəyişməsinə baxmayaraq Alyaska rusların ən yaralı yeri, ən ağır travmaları kimi tarixə düşüb.
İndi Lavrovun mesajından belə başa düşülür ki, o hələ də prezidenti Putin kimi Alyaskanı Rusiya ərazisi hesab edir. Üstəlik düşünür ki, yeni "SSSR " yaradılan kimi Rusiya Alyaskanı ABŞ-dan geri alacaq.
Bir sözlə, rus xalqı və başbilənləri axirətə qədər bu travmanı yaşayacaq.
Əntiqə Rəşid
Digər Xəbərlər
jpg-1755249452.jpg)
Overçukdan Bakıya sətiraltı hədə: "Gözün üstə qaşın var" deməyin!
jpg-1755244094.jpg)
"Qırmızı xətt"li İranı susduran məqamlar: Yeni toqquşma qorxusu, yoxsa, "pay"?

“Cəfər Cabbarlı - Nizami” xəttində tunelin inşasına hazırlıq işləri 4-5 ay çəkəcək - VİDEO

"İstirahətinizin xoşbəxt sonluqla bitməsi sizin əlinizdədir" - DİN

Xocalının Xanyurdu və Ballıca kəndlərinə köçəcək sakinlərin nəzərinə!

Rus rublundan qurtuluş - Azərbaycan manatının "doğuluşu" günü - 33

Bakı metrosunda xətlərin ayrılması layihəsinə hazırlıq işlərinə başlanılır
