LDU-da tədbir keçirilib - FOTOLAR
Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Qərbi Azərbaycan İcması ilə birgə “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start götürüb. Sonra Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov tədbiri giriş sözü ilə açaraq belə maarifləndirici görüşlərin gənclərin vətənə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsinə müsbət təsir göstərdiyini deyib, Qərbi Azərbaycan İcmasının bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova icmanın çoxşaxəli fəaliyyətindən ətraflı söz açıb, respublika elm və təhsil nazirliyi ilə birgə orta ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında keçirilən tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsindəki rolunu xüsusi vurğulayıb, tarixi faktlara, elmi-bədii mənbələrə istinadən Qərbi Azərbaycanın əzəli və əbədi Azərbaycan torpağı olduğunu deyib, o torpaqlara qayıdışın çox da uzaq tarix olmayacağına inamını ifadə edib.
Tədbirdə həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları Hilal Salmanov, Rövşən Ağayev çıxış edərək Qərbi Azərbaycan İcmasının təmsil etdikləri qurumla birgə həyata keçirdiyi layihə çərçivəsində görülən işlərdən, maarifləndirici tədbirlərdən söz açıblar.
Lənkəran Dövlət Universitetinin Elmi katibi dos. Allahşükür Quliyev çıxışında tədbir iştirakçılarını LDU Elmi şurasının qərarı ilə tanış edib. Bildirib ki, Elmi şuranın qərarına əsasən Lənkəran Dövlət Universitetində “Qərbi Azərbaycan irsinin tədqiqi və təlimi” mərkəzinin yaradılması vacib hesab edilib.
İnteraktiv formatda davam edən tədbirdə tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Qərbi Azərbaycan İcmasının dəstəyi ilə çap olunmuş xeyli sayda bədii və elmi ədəbiyyat universitetin Elmi kitabxanasına hədiyyə edilib.
Digər Xəbərlər
24 Iyun 2026 20:45
Abituriyentlərdən 16 nəfər imtahandan xaric olunub və nəticələri ləğv edildi
24 Iyun 2026 20:35
700 balı o topladı
24 Iyun 2026 20:13
I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi AÇIQLANDI
24 Iyun 2026 19:14
Sertifikasiyada iştirak edən müəllimlərin sayı açıqlandı
24 Iyun 2026 16:31
Azərbaycan Universitetinin nümayəndə heyəti Macarıstanda
24 Iyun 2026 16:00
"Tələbənin ödədiyi qeydiyyat haqqını təhsil xərci kimi başa düşmək dayaz mövqe nümayişidir" - Nazir
24 Iyun 2026 12:47
Qarabağ Universitetində yeni təyinat
23 Iyun 2026 10:07


Bakı -°C

