Lənkəran Dövlət Dram Teatrı 133-cü mövsümü başa vurdu

XIX əsrin sonlarında Lənkəranda yaranmağa başlayan teatr XXI əsrə qədər gəlib çıxa bildi. Hələ 1884-cü ildə Lənkəranda Teymur bəy Bayraməlibəyovun təşəbbüsü ilə müəllimlərin və şagirdlərin iştirakı ilə N. V. Qoqolun "Evlənmə" komediyası tamaşaya qoyulub.
Adalet.az xəbər verir ki, Lənkəranda teatr əsaslı fəaliyyətə 1891-ci ilin 18 yanvarında N. B. Vəzirovun "Oddan alova" ("Yağışdan çıxdıq, yağmura düşdük") komediyası ilə başlayıb. 1949-cu ildən bu teatrın dövlət statusu dəyişdirilib. 1973-cü ilin dekabr ayının 6-da Lənkəran teatrı Mirzə İbrahimovun "Yaxşı adam" komediyası ilə yenidən Dövlət Teatrı kimi fəaliyyətə başlayıb.
Teatr son 51 ildə 300-ə yaxın əsərə səhnə həyatı verib. Repertuarında Azərbaycan və dünya dramaturgiyasının klassik və müasir nümunələri yer tutur. Teatr fəaliyyəti dövründə nəinki Azərbaycanda, eyni zamanda, xarici ölkələrdə qastrol səfərlərində olub və bir çox Beynəlxalq Teatr Festivallarında uğurla iştirak edib.133-cu mövsümünü başa vuran bu qədim sənət ocağı yeni mövsümdə teatrsevərlərin qarşısına uğurlu tamaşalarla, beynəlxalq festivallardakı çıxışları və digər layihələrlə çıxmağı qarşısına məqsəd qoyub.
18 iyulda Kamal Abdullanın "Casus" pyesi əsasında teatrın baş rejissoru Anar Babalının hazırladığı eyniadlı tamaşa ilə, 19-u isə mövsümün son tamaşası olan Çingiz Aytmatovun "Cəmilə" əsərinin eyniadlı tamaşası ilə (səhnələşdirən və rejissor İmran Ali Qurban) 133 yaşlı Lənkəran Dövlət Dram Teatrı öz tamaşaçılarına hələlik dedilər.
Digər Xəbərlər
28 Oktyabr 2025 11:49 Leyla Əliyeva xalçaların toxunma prosesində iştirak etdi - VİDEO
27 Oktyabr 2025 14:05 Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır
27 Oktyabr 2025 11:28 Türkiyədən 4 kənd bu siyahıya daxil edildi
27 Oktyabr 2025 08:42 Tamaşaçıları düşündürən “Ana”
25 Oktyabr 2025 10:20 Vahid Novruzov teatr xadimləri ilə görüşdü - FOTOLAR
24 Oktyabr 2025 12:55 Cəbrayıl şəhərində "Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" fotosərgisi və "Bura mənim evimdir" filminin təqdimatı keçirilib
23 Oktyabr 2025 12:12 Əməkdar artist: “Onunla elə dərdləşirəm ki, sanki…”
22 Oktyabr 2025 17:00 

Bakı -°C 






