Lənkəran sakini 30-dan çox məzarın məhəccərlərini oğurladı
Lənkəranda qəbiristanlıqdan oğurluq edilib.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Qeyd edilib ki, Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən 30-dan artıq məzarın ətrafına çəkilən metal məhəccərlərin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Vurğulanıb ki, şəhər rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Roman Kornev müəyyən edilərək saxlanılıb.
Oğurladığı məhəccərlər onun gizlətdiyi yerdən aşkarlanıb və məzarların ətrafının bərpa olunması təmin edilib.
Faktla bağlı Lənkəran Şəhər Rayon polis şöbəsində araşdırma aparılır.
Digər Xəbərlər
25 Dekabr 2025 17:30
Beynəlxalq axtarışda olan daha bir nəfər Azərbaycana gətirildi
25 Dekabr 2025 17:01
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirənləri saxladı - VİDEO
25 Dekabr 2025 15:26
“Land Rover” idarə edən narkokuryerdən 17 kq marixuana aşkarlandı - VİDEO
25 Dekabr 2025 12:34


Bakı -°C

