"Lerikdə tövlə tikmək üçün Bakıdan icazə almaq lazımdır" - Deputat
“Bu gün Lerikdə tövlə tikmək üçün Bakıdan icazə almaq lazımdır”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin müzakirəsi zamanı deputat Qüdrə Həsənquliyev deyib.
“Bu gün məruzəni dinlədik. Məruzədə qeyd olunur ki, şəhid ailələrinə kömək olunub, kimlərəsə yardım edilib. Neçəsinə kömək edilib? Abadlıq işləri aparılıb. Neçə binanın qarşısında abadlıq işləri aparılıb? Neçə km yol təmir olunub? Toplanan vəsaitin nə qədəri bələdiyyə işçilərinin əməkhaqqısına gedib, nə qədəri digər işlərə sərf olunub? Bu barədə məlumat yoxdur. Lerikdə tövlə tikmək üçün Bakıdan icazə almaq lazımdır. Astarada mağaza, ictimai iaşə obyekti açmaq istəyən Bakıdan icazə alır. Dünyanın bütün inkişaf etmiş ölkələrində tikitiyə icazəni bəldiyyələr verir. Bələdiyyələrə belə səlahiyyət tanınsa, ölkədə investisiya qoyuluşu 3-4 dəfə artacaq, süründürməçiliyə son qoyulacaq, bütün neqativ hallar aradan qaldırılacaq. Ölkədə sürətli inkişafa nail olacağıq. Bu istiqamətdə bələdiyyələrin işinə nəzarət orqan təşəbbüskar olmalıdır”, - deyə deputat bildirib.
Nicat
Digər Xəbərlər
27 Sentyabr 2026 13:52
Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər
27 Sentyabr 2026 13:49
Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər
27 Sentyabr 2026 13:01
“Bakı forumu yeni tərəfdaşlıqlar üçün əlverişli imkanlar açır”
27 Sentyabr 2026 09:49
"Euronews" 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc etdi
27 Sentyabr 2026 09:36
Xarici İşlər Nazirliyi bəyanat yaydı
26 Sentyabr 2026 20:10
Heç bir ölkə müharibələrdən sığortalanmayıb - Səxavət Məmməd yazır
26 Sentyabr 2026 19:45
"Real nəticələr verən çoxtərəfli sistemə sadiq qalırıq" - Bayramov
26 Sentyabr 2026 17:47


Bakı -°C

