Leyla Əliyeva Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzində - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanın paytaxtı Maskat şəhərində Sultan Qabus adına Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini ziyarət edib.
Adalet.az xəbər verir ki, Leyla Əliyevanı Mərkəzdə tibb şəhərciyinin icraçı direktoru xanım Siham Sinaniyya qarşılayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Mərkəzin müxtəlif bölmələrini gəzib, burada xəstəliyin müalicəsində istifadə olunan müasir tibbi avadanlıqlara baxıb.
Sonda burada müalicə alan xəstələr üçün Leyla Əliyevanın adından tibb mərkəzinə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bu kompleks mərhum Sultan Qabus bin Səidin göstərişi ilə xərçəng xəstələrinə tibbi xidmət göstərmək məqsədilə yaradılıb.
Bu tibb ocağı 2023-cü ildə “Joint Commission International” (JCI) tərəfindən beynəlxalq akkreditasiya sertifikatı alıb. Kompleks Omanda tibb ocaqları arasında qısa müddətdə bu cür beynəlxalq akkreditasiya əldə edən ilk dövlət səhiyyə müəssisəsidir.
Digər Xəbərlər
10 Mart 2026 13:20
Türkiyə polisinin nümayəndələri Polis Akademiyasının kursantını ziyarət edib - FOTOLAR
10 Mart 2026 10:14
Dezinseksiya və təhlükəsizlik qaydaları - Səhiyyə Nazirliyindən xəbərdarlıq
06 Mart 2026 17:15
Həkim həyəcan təbili çalır!
03 Mart 2026 12:09


Bakı -°C

