Leyla və Arzu Əliyevalar Nyu-Yorkda sərgidə iştirak etdilər - FOTOLAR

Sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə "Anadolunun qapıları arxasındakı xəzinələr" adlı sərgi keçirilib.
Adalet.az xəbər verir ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva sərgidə iştirak ediblər.
Qədim sivilizasiyalara aid sənət nümunələrinin və əl işlərinin nümayiş olunduğu sərginin məqsədi Anadolu mədəniyyətinin təbliği və mədəniyyətlərarası dialoqun təşviqidir.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan bildirib ki, bu tədbir təkcə kökü qədim tarixə söykənən Anadolu mədəniyyətinin incəliklərini ortaya qoymur, eyni zamanda, müasir həyatda da Anadolu insanının minillik təcrübəsi və bacarıqlarının öyrənilməsinin zəruriliyini sübut edir.
Əminə Ərdoğan ətraf mühitin mühafizəsi məqsədilə "Sıfır Tullantı" prinsipinin nəinki müasir dövrdə, qədim zamanlarda belə Anadolu coğrafiyasında prioritet istiqamət olduğunu deyib.
Sərgi Anadolunun zəngin məhsul müxtəlifliyinə həsr olunmuş "Torpağın münbitliyi", "Mətbəxin toplanması" və "Əllərin ustalığı" adlı üç əsas mövzunu əhatə edib.
Digər Xəbərlər

Türkiyənin payız möcüzələri: Bu əraziləri mütləq ziyarət edin - FOTOLAR

Xankəndi şəhərinə mediatur təşkil olunub - FOTOLAR

Məşhur yazıçının heyran qaldığı, yeraltı cənnət adlandırılan Yerbatan sarayı -VİDEO

Üzeyir Hacıbəylinin 140 illik yubileyi keçirildi - FOTOLAR

Üzeyir Hacıbəyli irsi Türkiyədə konfrans və konsert proqramı ilə yad edilib

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı – Çameli də siyahıya qoşuldu – FOTOLAR

“Qarabağ şikəstəsi”ynən götürün məni
