17 Oktyabr 2024 19:30
125
SİYASƏT

Livandakı səfirliyimizin əməkdaşları təxliyə edilib - RƏSMİ AÇIQLAMA

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livandakı səfirliyimizin təhlükəsizlik səbəbi ilə boşaldılmasına dair yayılan xəbərlərə münasibət bildirib.

Adalet.az xəbər verir ki,  XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir.

“Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir, ancaq heyət qismən təxliyə olunub”, - o qeyd edib.