London "Böyük oyun"a başlayır - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
770 | 2024-05-14 12:53

Böyük Britaniya da Mərkəzi Asiya uğrunda mübarizəyə qoşulur

Böyük Britanoyanın Forin-ofisinin rəhbəri Devid Kemeron, Rusiyanın Mərkəzi Asiyaya təsirinin azaldılması üçün region ölkələrinə səfərə çlxıb. Bildirilir ki o, İlk olaraq Tacikistana yollanıb, sonra isə, Qırğızlstan, Özbəkistan, Qazaxtan və Türkmınistanı "ziyarət" edəcək.

 London, növbəti üç il ərzində "müstəqilliyə və suverinliyə dəstək" məqsədiylə bu ölkələrə 50 milyon avro vəsait ayırmağı planlaşdırır. 

Beləliklə Devid Kemeron səfərinə Tacikidtan Respublikasından başlayıb. Burada ölkə başçısı imamoli Raxmanla görüşüb və bəyan edib ki, tərəflərin biznes sahəsində, terrorizmlə mübarizədə və təbiətin qorunması ilə bağlı əməkdaşlıq etmək üçün böyük imkanları var.

Bundan sonra, britaniyalı diplomat, ingilislərin dəyişməz ələalma siyasətinin davamını gətirərək bildirib ki, krallıq ingilis dilinin tədrisi üçün müəllimlər hazırlamaq və Britaniyada tərcübə keçmək, Britaniya univrsitetlərində təhsil alan tələbələrə verilən təqaüdün iki dəfə artırılmasına kömək etmək kimi xüsusi proqram təklif edə bilər.

Kemeron əlavə edib ki, o, Tacikistana səfər edən ilk britaniyalı nazirdir və regiona səfərinin  məqsədi Mərkəzi Asiya ölkələriylə münasibətdə yeni eraya başlamaqdır.

Tacikistanın prezidenti İmomoli Raxmon isə öz növbəsində bildirib ki, Düşənbə, Britaniya ilə əlaqələrin inkişafına və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır.

Qırğızıstanlı həmkarı, Xarici İşlər naziri Jeenbek Kukubayevlə görüşdə Krmeron bildirib ki, Bişkek özünə tərəfdaş ölkə seçməkdə müstəqildir və əlavə edib ki, Qırğızıstan Çinlə sıx iqtisadi əlaqələri olan ölkədir. 

Daha sonra prezident Sadır Japarovla görüşən Forin-ofisin rəhbəri, enerji, siyasi, investisiya, nəqliyyat və iqtisadi ticarət məsələriylə bağlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. 

 Kemeron qeyd edib ki, London Qırğızıstanın böyük su ehtiyatlarına malik olmasını nəzərə alaraq, onun ekoloji layihələrini dəstəkləməyə hazırdır.

Bundan sonra, Özbəkistana gedən britaniyanın xarici işlər naziri, bu ölkənin XİN rəhbəri Bəxtiyar Səidovla görüşüb. Tərəflər, Böyük Britaniya və Özbəkistan arasında hərtərəfli əməkdaşlıq Deklorasiyasını və regonal və beynəlxalq infrastruktur əlaqələri üzrə qarşılıqlı Memorandumu  imzalayıblar. 

Diplomatlar bütün səviyyələr üzrə əməkdaşlığın genişlındirilməsi, xüsusilə də iqtisadi əlaqələrin artırılması ilə bağlı razılığa gəlibləblər.

Kemeron, Qazaxıstanda da, son altı il  ərzində hazırlanan, strateji əməkdaşlıqla bağlı razılaşmanın bağlanmasını planlaşdırır. 

London hazırda, Moskva və Pekinin bu regionda təsir gücünü azaltmaq və Rusiya ilə Çinə qarşı əkstəsir imkanlarını artırmaq məqsədiylə Mərkəzi Asiya ölkələri və vətəndaş cəmiyyətləriylə iş aparmaq üçün, bu ölkələrdəki səfirliklərinin nəzdində fəaliyyət göstərən beynəlxalq əlaqələr nazirliyinin ofislərinə xüsusi göstərişlər verib.

Beləliklə, Böyük Britaniya da, okeanın o tayındakı tərəfdaşının Mərkəzi Asiyada başladığı "rəngli inqlablar" silsilısindəki  "Böyük oyununa" qoşulur. 

London, hələ keçmişdən Rusiyanın Mərkəzi Asiya regionundan istifadə etməklə Hindistana çıxmaq niyyətlərindən xəbərdardır. "Böyük oyun" da, bu regionda elə rəqabət aparmaq üçün ortaya atılmış bir termindidir. 

Britaniyaların əsas məqsədi, məhz bununla bağll Rusiyanın imkanlarını məhdudlaşdırmaqdan ibarətdir. Rusiyanın bu istiqamətdə nəzarəti, ona  Mərkəzi Asiyada əsas oyunçuya çevrilmək imkanı yaradır. Britaniya və həmçinin Avropa İttifaqı da, həmişə ümid edirdilər ki, Rusiya və Çin bu regionda mübarizə apararaq bir-birilərinin qarşısını alacaqlar. Lakin zaman göstərir ki, onlar yanılırlar. Rusiya və Çin gözləntilərin əksinə olaraq, bu ərazilərdə müvəffəqiyyətlə əməkdaşlıq edirlər. 

Böyük Britaniya Avropa İttifaqını keçmiş postsovet ölkələrində, o cümlədən də Mərkəzi Asiya ölkələrində aktiv hərəkət etməməkdə günahlsndırır. Ona görə də, təşəbbüsü öz əlinə almaq qərarına gəlib.

Siyasi ekspertləri, ABŞ və Avropa İttifaqının daha əvvəl bu regiona səfərlərinin nəticəsiz qaldığını qeyd edərək, Böyük Britaniyanın hər hansı bir uğur qazana biləcəyinə inanmırlar.

Onlar qeyd edirlər ki,  Qərb Rusiya ilə Mərkəzi Asiya ölkələri arasında münasibətləri poza bilmədi, əksinə region ölkələriylə Rusiya arasında ticarət münasibətləri daha da genişləndi. 

Britaniya parlamentinin xarici əlaqələr palatasının hazırladığı "Çaşqınlıq içərisində qalan ölkələr:  Böyük Britaniyanın Mərkəzi Asiyada iştirakı" məruzəsində etiraf olunur ki, ABŞ və Aİ-nin bu taktikası özünü doğrulmadı və iflasa uğradı.

Sanksiyalardan özünü qorumaq istəyən ölkələr, Qərblə münasibətlərini inkişaf etdirmək istəyir. Onların bu istəyi Böyük Britaniyaya Mərkəzi Asiyada nüfuzhnu artırmaq üçün geniş imkanlar yaradır. Lakin Londinla əməkdaşlıq bu ölkələrə xeyir gətirəcəkmi? Rusiya və Çin buna imkan verəcəklərmi? Ritorik sualdır. 

Nəzərə alsaq ki, Rusiya faktoru bu regionda hələ də güclüdür və təsir imkanları da az deyil, Britaniyanın da nəyəsə nail olacağı inandırıcı görünmür. 

 

TƏQVİM / ARXİV