11 Yanvar 2025 10:20
83
DÜNYA

Los-Ancelesdə daha 150 min insan təxliyə olunacaq

Los-Ancelesdə baş verən yanğınlarla əlaqədar bölgədə yaşayan 150 min sakinə təxliyə əmri verilib.

Adalet.az-ın məlumatına görə, yanğınlar nəticəsində 10 mindən çox mülk zərər görüb və bu rəqəmin yaxın günlərdə daha da artacağı gözlənilir. Los-Anceles vilayətinin şerifi Robert Lunanın sözlərinə əsasən, 57 min 830 infrastruktur yanmaq riski altındadır.

Ümumilikdə meşə yanğınları nəticəsində 145 kvadratkilometr ərazi yanıb. Bu 1,6 milyon nyu-yorklunun yaşadığı Manhetten bölgəsindən 2,5 dəfə böyükdür.