10 Oktyabr 2025 12:20
109
SİYASƏT

Lukaşenkonun Əliyev və Paşinyanla zarafatı gündəm oldu - VİDEO

Düşənbədə MDB dövlət başçılarının sammiti zamanı maraqlı anlar yaşanıb.

Adalet.az Bakupost.az-a istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko yenə də Ermənistan baş naziri Nikol Paşinyanın "bostanına daş atıb".

Belə ki, sammit başlamazdan əvvəl Belarus prezidenti İlham Əliyevə xitabən deyib:

"İlham Heydəroviç, sən dünən narahat idin ki, gəlməyəcək. Amma mən dedim: Nikol Vovayeviç bizsiz heç yerə gedə bilməz!"

Paşinyan isə onu zarafatına belə cavab verib:

"Necə ola bilər ki, mən gəlməyim?"