10 Oktyabr 2025 14:43
93
SİYASƏT

MDB ölkələrinin liderləri Düşənbədə 19 sənəd imzalayıb - YENİLƏNİB

Tacikistanda keçirilən sammitin yekunları üzrə MDB ölkələrinin liderləri 19 sənəd imzalayıblar.

Adalet.az xəbər verir ki, bu barədə Tacikistan KİV məlumat yayıb.

İmzalanan sənədlər sırasında - 2026-2028-ci illər üzrə MDB-yə üzv dövlətlərin terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində əməkdaşlıq Proqramı, 2026-2030-cu illər üzrə xarici sərhədlərdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə Proqram, regional enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Bəyannamə və s. yer alır.

***

10:42

Düşənbədə MDB dövlət başçılarının sammiti başlayıb.

Adalet.az xəbər verir ki, görüş foto çəkdirmə mərasimi ilə başlayıb.

Sammit qapalı formatda keçirilir.