Düşənbə görüşü Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrə necə təsir göstərəcək?
“Azərbaycan və Rusiya Prezidentlərinin Düşənbə görüşündən sonra iki ölkə arasında münasibətlərin normallaşacağı gözlənilir. Düşənbə görüşü Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrə necə təsir göstərəcək? Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 7 ayında xarici ticarət dövriyyəsinin 10.6 faizi Rusiyanın payına düşüb”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, bu xarici ticarətdə Rusiyanın 3-cü ən böyük tərəfdaş olması deməkdir:
“İxracda da Rusiya 4.7 faizlik payla ilk üçlükdədir. İdxalımızda 17,2 faiz payı olan Rusiya 18.0 faizlik Çindən sonra ikinci ən böyük tərəfdaşdır. Qeyri neft-qaz məhsulları üzrə ixracın isə 34.3 faizi Rusiyaya yönəlib. Bu Rusiyanın qeyri-resurs iqtisadiyyatında ən böyük ticarət tərəfdaşı olması deməkdir”.
Onun sözlərinə görə, rəqəmlər göstərir ki, ölkələr arasında soyuqluğa rəğmən, Azərbaycan ilə Rusiya arasındakı iqtisadi əlaqələrdəki dinamika qorunub saxlanıb:
“Bu isə birbaşa ticarətin məhz biznes vasitəsi ilə aparılması ilə bağlıdır. Bu baxımdan, Düşənbə görüşünün ilk ölkə arasındakı iqtisadi əlaqələrə müsbət təsir göstərəcəyi gözlənilir. Aydındır ki, yaxşı əlaqələr daha böyük biznes imkanları deməkdir. Bütün bunlar ilə yanaşı, Azərbaycanın xarici ticarətində şaxələnmənin daha da güclənməsi prioritetliyini qoruyub saxlayır. Bu eyni zamanda, ixrac bazarlarının diversifikasiyasını da aktuallaşdırmaqdadır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
10 Yanvar 2026 23:01
Azərbaycanın “yaşıl enerji” yolunda mühüm addımı
10 Yanvar 2026 16:48
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
10 Yanvar 2026 13:07
Azərbaycan regional təmiz enerji qovşağına çevrilir
10 Yanvar 2026 09:57
Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi
09 Yanvar 2026 16:16
Prezidentdən Anar İsgəndərovla bağlı SƏRƏNCAM
09 Yanvar 2026 11:47
“İrandakı rejimin budəfəki etirazları da zor gücünə yatırtması ehtimalı var...”
09 Yanvar 2026 08:31
İranda rejim çökərsə, nə baş verəcək? - Politoloqun şərhi
08 Yanvar 2026 14:03


Bakı -°C

