Magistraturanın sınaq imtahanına qeydiyyat müddəti uzadıldı
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün yanvarın 19-da elektron formada keçiriləcək sınaq imtahanına qeydiyyat müddəti uzadılıb.
Bu barədə Adalet.az-a DİM-dən bildirilib.
Sınaq imtahanında iştirak etmək istəyənlər yanvarın 12-si saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçə bilərlər. İştirakçılar verilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub imtahana yazıla bilərlər.
İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq.
Xatırladaq ki, imtahan iştirakçıları sınaq imtahanından dərhal sonra DİM-in ekspertləri ilə görüşüb nəticələri ilə bağlı məsləhət də ala biləcəklər. Bundan əlavə, sınaq imtahanında iştirak etmiş şəxslərə magistraturaya qəbul imtahanları, ixtisas seçimi və digər məsələlər barəsində məlumat veriləcək. Həmçinin DİM-in məsul işçiləri tərəfindən bakalavrları maraqlandıran suallar cavablandırılacaq.
Digər Xəbərlər
12 Mart 2026 14:49
Magistratura imtahanının nəticəsi açıqlandı
12 Mart 2026 10:29
Buraxılış imtahanında 62 mindən çox şagird iştirak edəcək
11 Mart 2026 12:12
Riyaziyyat fənnindən sualllar çətin olub...
11 Mart 2026 11:53
Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək
10 Mart 2026 20:22
Nazir işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb - FOTOLAR
10 Mart 2026 15:42
Elm və təhsil naziri Xankəndi və Xocalıda təhsil müəssisələrində olub - FOTOLAR
10 Mart 2026 14:06
Azərbaycan Universitetinin əməkdaşları dərs vəsaiti hazırlayıblar
10 Mart 2026 12:17


Bakı -°C

