Malıbəyli və Quşçular qətliamından 34 il ötür
Bu gün Malıbəyli və Quşçular qətliamının ildönümüdür.
Adalet.az xəbər verir ki, qətliamın törədilməsindən 34 il ötür.
1992-ci ilin 10-12 fevralında erməni qeyri-qanuni silahlı birləşmələrinin Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib.
Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndi rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4 000 nəfərə yaxın əhali yaşayırdı.
Qarabağ müharibəsi başlanan andan bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi.
Fevralın 5-də kəndlərin üzərində uçan helikopter sakinlərə üzərində yaşayış yerlərini tərk etmək üçün iki gün vaxt verildiyi yazılan bildirişlər paylayıb. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış helikopterlə mümkün olub. Şuşaya uçan axırıncı helikopter isə yanvarın 28-də ermənilər tərəfindən vurulub.
Fevralın 10-u gecə yarısı erməni silahlı birləşmələri Malıbəyliyə hücum edib. Qadın və uşaqlar Quşçular kəndinə qaçıb. Bütün evlər yandırılıb. Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşub.
Məhz Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərindəki qətliamdan sonra yüzlərlə günahsız azərbaycanlının qanı axıdılan Qaradağlı, Ağdaban soyqırımları və əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı baş verib.
Digər Xəbərlər
19 Iyun 2026 17:14
Bəzi yerlərdə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
19 Iyun 2026 16:30
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
19 Iyun 2026 15:58
Ağdamdakı əmək yarmarkası: 160-dan çox vakansiya təqdim edildi
19 Iyun 2026 15:53
Ağdərəyə daha 12 nəfər köçürülüb
19 Iyun 2026 12:19
DYP Bakıda piyadaların maarifləndirilməsi ilə bağlı tədbirlər keçirdi - VİDEO
19 Iyun 2026 11:55
Vilayət Eyvazov xidmətə qəbul üçün sıra baxışı keçirdi - VİDEO
19 Iyun 2026 11:41
Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur
18 Iyun 2026 16:12


Bakı -°C

