Maliyyə hesabatlarının təqdim edilməsi ilə bağlı yeni qayda
Maliyyə hesabatlarının tərtib və təqdim edilməsi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi üzərindən həyata keçiriləcək.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu) sahəsindəki fəaliyyəti də əhatə etdiyindən qanunda “e-mühasibat” informasiya sistemi” ifadəsi “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi” ifadəsi ilə əvəz olunacaq.
Həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi mühasibat uçotu subyektləri tərəfindən mühasibat uçotunun elektron qaydada aparılması və maliyyə hesabatları, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtib və təqdim edilməsini təmin edəcək.
Mövcud qanunvericiliyə görə, “e-mühasibat” informasiya sistemində mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının yerləşdirilməsi nəzərdə tutulur. Qanun layihəsində bu müddəanın qanunvericilikdən çıxarılması təklif edilir.
Məlumat üçün bildirək ki, yuxarıda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi dedikdə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi nəzərdə tutulur.
Digər Xəbərlər
04 Mart 2026 10:02
Azərbaycan nefti kəskin bahalaşdı
04 Mart 2026 09:43
Azərbaycan boru kəmərləri ilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən birinci yerdədir
03 Mart 2026 17:17
Qarabağ və Şərqi Zəngəzurda informasiya və rabitə sektorundan gəlirlər açıqlandı
03 Mart 2026 14:15


Bakı -°C

