Maliyyə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT
Natiq Həsənov Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin edilib.
Adalet.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bununla bağlı maliyyə naziri Sahil Babayev müvafiq əmr imzalayıb.
N.Həsənov 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Dövlət İqtisad Universitetində magistr təhsili alıb.
O, 2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində məsləhətçisi, 2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri, 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri, 2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.
Xatırladaq ki, bundan əvvəl Maliyyə Nazirliyinin Aparatının rəhbəri Cavanşir Yusifov olub. Onun dövlət qulluğuna pensiya yaşında olması ilə əlaqdər öz arzusu ilə xitam verilib.
Digər Xəbərlər
04 Noyabr 2026 13:43
Azərbaycanda bu şəxslərin maaşının artırılması təklif olunur
04 Noyabr 2026 12:46
Gələn ildən bu müavinətlər artırılır - Rəqəmlər
04 Noyabr 2026 11:54
"Rayonların dotasiyadan asılılığı tam olaraq aradan qaldırılıb" - Sahil Babayev
04 Noyabr 2026 11:28
"Nəzərə çarpan birinci məqam neftdən asılılığın azaldılmasıdır" - Nazir
04 Noyabr 2026 11:05
Azərbaycanda əhalinin gəlirləri artacaq
04 Noyabr 2026 10:42
“Şuşa artıq Qafqazın aparıcı yaşayış məntəqələrindən birinə çevrilməkdədir”
03 Noyabr 2026 16:43
Türkiyənin turizm gəlirləri 2026-cı ilin ilk 9 ayında 51,3 milyard dollara çatıb - FOTOLAR
02 Noyabr 2026 19:25


Bakı -°C

