adalet.az header logo
  • Bakı -°C
12 Yanvar 2026 12:26
85
ŞOU-BİZNES
A- A+

Manaf Ağayev: “Rəqsanə ilə danışmasam da…”

Müğənni Rəqsanə İsmayılova  dostu  Manaf Ağayevdən incidiyini söyləyib.

Adalet.az xəbər verir ki, həmkarının sözlərinə qarşılıq olaraq  qonaq olduğu şou-proqramların birində açıqlama verib:

“Rəqsanə deyir ki, həbsdə olduğu müddətdə onunla maraqlanmadım. Amma bu belə deyil. Yalnız Allah şahiddir ki, mən hər gün onun  həyat yoldaşı Fazil müəllimlə danışırdım. Əlimdən nə gəlirsə etməyə hazır idim. Bilirsiniz, bu mənim həyat tərzimdir. Darda olan bir adamın dadına yetmək mənim sanki işimdir. Özümə borc bilirəm ki, kiməsə kömək edim. Mən hər gün Fazil müəllimdən soruşurdum.

Mən Rəqsanəyə zəng etməsəm də, həmin yerə qədər getdim, dedilər ki, görüşə icazə verilmir. Çünki qohumluq əlaqəmiz yoxdur. Özü ilə danışa bilməsəm də, ailəsi ilə danışırdım. Biz tərəfdə evin kişisin soruşarlar. Mən də evin kişisinə zəng etmişdim. Bunu Fazil müəllim də təsdiqləyə bilər. Fazil müəllim olan yerdə mən Aysuna niyə zəng etməliyəm? Birincisi o uşaqdır, ikincisi də ondan əvvəl Fazil müəllim var”.

Əntiqə