Marketlərdə də “BakıKartın” balansını artırmaq mümkün olacaq - YENİLİK

Marketlərdə, iri ticarət mərkəzlərində də "BakıKartın" balansını artırmaq mümkün olacaq.
Bu barədə Adalet.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
"Sərnişinlərin "BakıKart"-ın balansını avtobus dayanacaq məntəqəsindən kənarda da artıra bilməsi üçün tədbirlər davam etdirilir. Bu çərçivədə "BakıKart" sisteminə inteqrasiya olunan "MilliÖn" ödəmə terminallarının sayı da artırılaraq 1354-ə çatdırılıb. Əlavə olaraq daha 62 terminalın da inteqrasiyası üçün iş aparılır. Bununla sərnişinlər artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil, Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində və marketlərdə yerləşdirilən "MilliÖn" terminalları vasitəsilə də "BakıKartın" balansını artıra biləcəklər", - məlumatda qeyd olunub.
Digər Xəbərlər

Xocalının Daşbulaq kəndinə İLK KÖÇ - VİDEO + YENİLƏNİB

FHN-in 20 illiyinə həsr olunan çempionata yekun vuruldu

Bəzi rayonlara leysan yağır, Balakənçaydan və Talaçaydan sel keçir - FAKTİKİ HAVA

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Şadlıq saraylarında yoxlama aparılacaq - XƏBƏRDARLIQ

“Azərsun Holdinq” ucqar kənddə yaşayan məktəblilərə dəstək olub

Bu rayonlara yağış yağıb - Faktiki hava
