“Mədəniyyətsiz qadın niyə çanta ilə sürücünü vurmalıdır?” - Stilist od püskürdü...

Hazırda sosial şəbəkələr Sumqayıt şəhərində bir neçə gün öncə sərnişinlə sürücü arasında baş verən hadisəni müzakirə edir. Hadisə sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə görə baş verib. Mübahisə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başından vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb.DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində təhqiqat araşdırmaları aparılır. Sürücü Aqil Kosayev hadisədən sonra işdən çıxarılıb.İnsident nəticəsində xəsarət alan Sənubər Baxşəliyevaya ilkin tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Məsələyə sosial şəbəkədə müxtəlif səpkili fikirlər bildirilir. Çoxluq isə sərnişinin hərəkətlərini qınayır, onun yersiz və məntiqsiz hücumuna görə avtobusdakı dogər sərnişənlərin də həyatını təhlükəyə atması müzakirələrin əsasını təşkil edir. Sosial şəbəkə izləyicilərinin çoxu qadının cəzalandırılmasını tələb edir. Çünki avtobusun sürücüsü, sürmə sürəti, standartlara uyğun olmayan digər hərəkətləri ilə bağlı müəyyən edilmiş instansiyalara məlumat vermək üçün telefon nömrələri yazılıb və hər bir avtobusa yapışdırılıb.
Adalet.az xəbər verir ki, stilist Anar Ağakişiyev də bununla bağlı videoaçıqlama yayıb. O bildirib ki, sürücünün bu hadisədə heç bir günahı yoxdur və o, işə geri götürülməlidir: "Mənə aiddiyatı yoxdur, amma üzülürəm bunları görəndə. Üzümü nəqliyyat agentliyinə tuturam: Çox xahiş edirəm, sürücünü işdən çıxartmasınlar. Gəlin, əvvəl biz sərnişinlərə dayanacaq mədəniyyətini öyrədək. Möhtəşəm dayancaq açıldı, iki gün sonra içində meyvə satıldı. Əgər dayancaq yeri varsa, sürücü niyə kənarda saxlamalıdır? Mədəniyyətsiz qadın niyə çanta ilə sürücünü vurmalıdır? Onu işə geri alın, niyə işdən qovulmalıdır? O da sürücü adamdır, beş manat üçün evdən çıxıb. Sərnişinlər nə yol, nə dayancaq, nə dayancaqdan istifadə etmə mədəniyyəti bilir. Bir video çarx hazırlayın və dayanacaq mədəniyyətini nümayiş etdirin. Sovet dövrü getdi, alabaş avtobuslar harada lazımdır saxlayırdı. Getdi o vaxt. İndi dayancaq mədəniyyəti var, ictimai nəqliyyatdan istifadə etmə mədəniyyəti var. Əgər mədəniyyətsizlər istifadə edə bilmirsə, sürücü nə etsin? Kolbasa, diş məcunu necə reklam edilir, onlar da edilsin".
Qeyd edək ki, sosial şəbəkə izləyicilərinin bir çoxu sürücü Aqil Kosayevi peşəkar sürücü hesab edir. Kosayevin o hücumların və söyüşün qarşısında qəza törətməməsini, digər sərnişinlərin də həyatını təhlükəyə atmadığını sitat gətirərək onun işə bərpasını tələb ediblər.
Əntiqə Rəşid
Digər Xəbərlər
25 Oktyabr 2025 10:20 Vahid Novruzov teatr xadimləri ilə görüşdü - FOTOLAR
24 Oktyabr 2025 12:55 Cəbrayıl şəhərində "Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" fotosərgisi və "Bura mənim evimdir" filminin təqdimatı keçirilib
23 Oktyabr 2025 12:12 Əməkdar artist: “Onunla elə dərdləşirəm ki, sanki…”
22 Oktyabr 2025 17:00 “Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - FOTO
22 Oktyabr 2025 16:19 Zəfər haqqında növbəti tamaşa
22 Oktyabr 2025 14:20 Nağılvari film və ya “Sehrli xalat”- Əntiqə Kərimzadə yazır…
22 Oktyabr 2025 11:10 İstanbul Avropanın ən populyar şəhər istiqamətləri arasında - FOTOLAR
21 Oktyabr 2025 12:50 

Bakı -°C 






