MEDİA Agentliyi ilə Azərbaycan Dillər Universiteti arasında görüş keçirilib - FOTO
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla arasında görüş keçirilib.
Agentlikdən Adalet.az-a bildirilib ki, görüş zamanı Əhməd İsmayılov tədris prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi və yeni media mühitinin tələblərinə cavab verən kadr potensialının artırılmasının önəmini vurğulayıb, ali təhsil müəssisələri ilə media sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla media sahəsində islahatlar prosesinin geniş vüsət aldığını qeyd edərək əməkdaşlığın jurnalist kadrların yetişdirilməsi istiqamətində faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib, qarşılıqlı inkişaf perspektivləri barədə fikirlərini diqqətə çatdırıb.
Universitetin tələbə və müəllim heyətinin iştirak etdiyi görüşdə Medianın İnkişafı Agentliyinin Layihələr şöbəsinin müdiri Ləman İsgəndərova “MEDİA Lab” layihəsinin təqdimatını edib, layihənin təşkili mexanizmləri müzakirə olunub.
Digər Xəbərlər
20 Iyun 2026 15:07
“Şişirdilmiş başlıqlarla süni ajiotaj yaratmaq qəbuledilməzdir”
19 Iyun 2026 13:25
Jurnalist vəsiqəsi pulsuz veriləcək
19 Iyun 2026 12:38
Azərbaycanda Media və Yayım Şurası yaradılır
17 Iyun 2026 13:48
MEDİA və İsƏT Xəbər Agentlikləri Birliyi əməkdaşlıq perspektivlərini müzakirə etdi - FOTOLAR
16 Iyun 2026 12:01
"Media yeni çağırışlara daha çevik reaksiya verəcək" - Natiq Məmmədli
16 Iyun 2026 11:36
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
16 Iyun 2026 10:08
Medianın İnkişafı Agentliyi və Audiovizual Şura birləşdirilir
12 Iyun 2026 14:31


Bakı -°C

