Media məhsullarının təqdim edilməsi ƏDV-dən azad ediləcək

Media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi ƏDV-dən azad ediləcək.
Adalet.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.
Dəyişikliklə media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi əlavə dəyər vergisindən (ƏDV) azad edilir.
Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.
Digər Xəbərlər

“Ədalət” qəzetinin 35 illiyi ilə bağlı toplantı keçirilib - FOTOLAR

Rəşad Məcid: “Kimsə insanlar arasında bölücülük, nifaq yaradırsa…”

Azərbaycan nümayəndə heyəti Çində keçirilən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda - FOTO

MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalandı

Medianın İnkişafı Agentliyi bu sayta xəbərdarlıq etdi

Media subyektinin təsis edilməsi zamanı adla bağlı yeni tələblər qoyulub

Media subyektləri bu halda Reyestrdən çıxarılacaq
