21 Avqust 2024 16:56
796
MEDİA

MEDİA Nair Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verib

Medianın İnkişafı Agentliyi (MEDİA) Əməkdar jurnalist Nair Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Adalet.az xəbər verir ki, bu barədə Agentlik paylaşım edib:

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi əməkdar jurnalist Nair Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - paylaşımda bildirilib.

Qeyd edək ki, Əməkdar jurnalisti Nair Əliyev bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.