"Blogerlərin artdığı dönəmdə media savadlılığı vacibdir" - MŞ sədri
Medianın İnkişafı Agentliyi tərəfindən 16-22 dekabr tarixləri “Media Savadlılığı” həftəsi kimi keçirilir.
Bu layihənin təşkil olunmasında məqsəd informasiya bolluğu içində insanların yayılan informasiyalara qarşı təhlil bacarıqlarının inkişaf etdirilməsinə təkan verməkdir.
Media savadlılığı barədə Bakıvaxtı.az-a danışan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, yeni qəbul olunmuş “Media haqqında” qanunda media savadlılığı ayrıca bir bölmə kimi yazılıb.
R.Məcid sosial medianın inkişaf etdiyi, müxtəlif dezinformasiyaların çoxaldığı, blogerlərin, internet TV-lərin, yutuberlərin artdığı dönəmdə media savadlılığı vacibdir və bu mənada Medianın İnkişafı Agentliyinin başladığı bu media savadlılığı həftəsi yüksək qiymətləndirilməlidir.
Həm Medianın İnkişafı Agentliyinin əməkdaşlarının, həm də Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin maarifləndirici fikirlərlə çıxış etdiklərini diqqətə çatdıran ekspert onu da vurğulayıb ki, ümumiyyətlə Medianın İnkişafı Agentliyi ilə Mətbuat Şurası bölgələrdə digər tədbirlər keçirilərkən də media savadlılığı ən vacib element kimi qabardırılır:
“İndi yazılan hər bir sözün, deyilən hər bir fikrin doğru olub-olmadığı insanlara aşılanmalıdır. Çünki peşəkar mediadan fərqli olaraq dırnaq arası media və jurnalistlər peyda olub. Onların söylədiyi fikirlər isə adətən dəqiqləşdirilməmiş xəbərlər olur. Həmçinin onlar bəzən bilərəkdən başqasını ləkələmək üçün də belə edirlər. Bunun qarşısını almaq üçün də media savadlılığı vacibdir. Media savadlılığı əsasən cəmiyyətə, ictimaiyətin nümayəndələrinə aiddir ki, yayılan xəbərlərə biraz şübhə ilə yanaşsınlar və qeyri-ciddi mənbələrin xəbərlərinə inanmasınlar”.
Digər Xəbərlər
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30
Respondentlərin 88%-dən çoxu həmin qadağanı dəstəkləyir - Sorğu
18 Avqust 2026 11:55


Bakı -°C

