Media rəhbərləri ilə biznes subyektlərinin görüşü keçirilə bilər
"Vergi Məcəlləsinə təklif olunan dəyişiklik qəbul edildikdən sonra medianın maliyyə sahəsində şəffaflanmasına, eləcə də reklam bazarında canlanmaya şərait yaradacaq".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, agentliyin biznes subyektləri və sahibkarla görüşü nəzərdə tutulub:
"Biz çalışacağıq ki, bu görüşdə sahibkarlarımızın, biznes subyektlərimizin reklama dəstək verməsi üçün onlara nə lazım olduğunu və qanunvericilikdə hansı mexanizmlərin öz əksini tapa biləcəyini müzakirə edək. Media subyektlərinin rəhbərləri ilə biznes subyektlərinin görüşlərini təşkil etmək istəyirik. Bu görüşlərdə biznes subyektlərinin mediaya dəstək olması üçün müzakirələr keçiriləcək. Düşünürəm ki, bu görüşlərdən sonra ortaq bir fikrə gələ bilərik".
Digər Xəbərlər
20 May 2026 17:07
WUF13 çərçivəsində MİM tərəfindən tədbir keçirildi - FOTOLAR
20 May 2026 13:02
Əhməd İsmayılov D-8-in Baş katibi ilə görüşdü - FOTO
13 May 2026 15:06
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi
12 May 2026 15:20
MEDİA: Azərbaycan mediası sülhün təbliğatçısı olmaldır
05 May 2026 14:30
MEDİA qəzet və saytlara dəstək müsabiqəsi elan etdi
05 May 2026 13:04
Mətbuat Şurası medianı müsahiblərə həssas yanaşmağa çağırıb
05 May 2026 12:10
Azərbaycan və Suriyanın media əməkdaşlığı müzakirə edilib
01 May 2026 14:12


Bakı -°C

