MEDİA: Solovyovun nifrət nitqini pisləyir, qarşı tərəfin üzrxahlıq etməsini gözləyirik

Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib.
Bu barədə Adalet.az-a Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.
Bildirilib ki, Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan yaxın dostu, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə “Artsax” ifadəsini işlədib, Ermənistan hakimiyyətini “Artsaxı hədiyyə etməkdə” günahlandırıb, canlı yayımda birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə “Artsaxın taleyi gözlədiyini” deyib.
"Real tarixi faktları təhrif edən, yaxın keçmişdə baş vermiş proseslərə qərəzlə yanaşan Vladimir Solovyov hər zaman Azərbaycana kin və nifrət bəsləyib, bu münasibət onun çıxışlarında açıq şəkildə özünü büruzə verib. V.Solovyovun Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda etdiyi çıxışlar həmişə qeyri-obyektiv olub, ziddiyyətli mahiyyət daşıyıb və Azərbaycanda adekvat reaksiyalara səbəb olub.
Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktiv iddiaların yer alması narahatlıq doğurur, xalqımıza qarşı qəbuledilməz hesab edilir, ölkələrimiz arasında dostluq münasibətlərinin ruhuna və məsələ ilə əlaqədar Rusiyanın rəsmi mövqeyinə tamamilə ziddir.
Jurnalist etikası və əxlaqi dəyərlərlə bir araya sığmayan bu nifrət nitqini yolverilməz hesab edir, qəti şəkildə pisləyir və qarşı tərəfin üzrxahlıq etməsini gözləyirik", - məlumatda vurğulanıb.
Digər Xəbərlər

Rəşad Məcid: Azərbaycan mediasının əsas qayəsi cəhalətlə mübarizə olub

Mətbuat Şurasında “Sputnik Azərbaycan”la bağlı müzakirələr aparıldı

Bu hallarda media subyektləri Media Reyestrindən çıxarılacaq

İnformasiya agentliklərinə dair yeni tələblər

Bu media subyektləri 5000 manatadək cərimələnəcək

MEDİA nazirlərin adından yayılan xəbərlərə aydınlıq gətirdi

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər - Mətbuat Şurası bəyanat yaydı
