Bu media subyektləri 5000 manatadək cərimələnəcək
Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnəcək.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 381.15-ci maddəsində əksini tapıb.
Layihəyə əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək cərimə ediləcək.
Bu Məcəllənin yuxarıdakı maddəsində yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlayan, yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirən fiziki və hüquqi şəxs başa düşülür.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda təsdiq edilib.
Digər Xəbərlər
05 May 2026 14:30
MEDİA qəzet və saytlara dəstək müsabiqəsi elan etdi
05 May 2026 13:04
Mətbuat Şurası medianı müsahiblərə həssas yanaşmağa çağırıb
05 May 2026 12:10
Azərbaycan və Suriyanın media əməkdaşlığı müzakirə edilib
01 May 2026 14:12
MEDİA-nın təşkilatçılığı III Forumun açılış mərasimi keçirilib - FOTOLAR
01 May 2026 12:07
Bakıda WUF13 çərçivəsində media mərkəzi yaradılacaq
01 May 2026 11:50
“Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun simasını dəyişir” - MEDİA-nın İcraçı direktoru
01 May 2026 10:43
Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir
30 Aprel 2026 20:08


Bakı -°C

