MEDİA və DHA-nın rəhbər heyəti arasında görüş keçirilib - FOTO
Medianın İnkişafı Agentliyində (MEDİA) Demirören İnformasiya Agentliyinin (DHA) rəhbər heyəti ilə görüş baş tutub.
Adalet.az xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, DHA-nın baş direktoru Celal Korkut, Təhsil Layihələri qrupunun direktoru Nuran Çakmakçı, İnsan Resursları qrupunun rəhbəri Elif Karacaoğlu və Trend Beynəlxalq İnformasiya Agentliyinin direktoru İlqar Hüseynov iştirak ediblər.
Medianın İnkişafı Agentliyin icraçı direktoru Əhməd İsmayılov türkiyəli həmkarlarını Azərbaycanda media sahəsinin inkişafı üçün atılan addımlar, çap mediası və xəbər saytlarına dəstək proqramları, eləcə də digər təşəbbüslər barədə məlumatlandırıb.
Görüş zamanı Təhsil Layihələri Qrupunun Direktoru Nuran Çakmakçı, İnsan Resursları qrupunun rəhbəri Elif Karacaoğlu Türkiyədə yaradılan Demirören media peşə və texnologiya liseyi layihəsi haqqında da məlumat verib.
"Lisey bu gün ilk şagirdlərini qəbul edib. Şagirdlər bu peşəni bizimlə birgə öyrənəcəklər və liseyi bitirdikdən sonra mütləq şəkildə bu sektorda iş tapa biləcək səviyyədə olacaqlar",- deyə qeyd edilib.
Görüşdə həmçinin iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Digər Xəbərlər
31 Mart 2026 15:15
Xarici media subyektlərinin filialının qeydiyyatına dair tələb müəyyənləşdi
30 Mart 2026 18:24
MEDİA nümayəndələri Türkiyədə Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət ediblər
28 Mart 2026 13:04
Əhməd İsmayılov Burhanettin Duranla görüşdü - FOTOLAR
27 Mart 2026 17:30
"Azərbaycan-Türkiyə Birgə Media Platforması inkişaf etdiriləcək" - Əhməd İsmayılov
27 Mart 2026 10:33
MEDİA qazi jurnalistin vəfatı ilə əlaqədar başsağlığı verib
17 Mart 2026 13:16
Media orqanlarının nəzərinə: Tələblər artırılır
10 Mart 2026 17:26
Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib - FOTOLAR
10 Mart 2026 16:06


Bakı -°C

