22 Iyul 2024 11:05
100
DÜNYA

Medvedyev: Baydenə can sağlığı arzu edirik!

Bayden bitdi. Ona can sağlığı arzu edirik. Xüsusi hərbi əməliyyat öz hədəfinə çatacaq.

Adalet.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev ABŞ Prezidenti Co Baydenin prezidentliyə namizədlikdən imtina etməsi haqda qeyd edib.

Xatırladaq ki, Co Bayden noyabrda keçiriləcək prezident seçkisindən geri çəkilib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib.