adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Aprel 2024 12:12
364
DÜNYA

Məhəmməd Baqiri: İsrailə qarşı əməliyyat başa çatdı

İran İsrailə qarşı əməliyyatı başa çatdırıb.

Adalet.az bildirir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib.

Bununla belə, Məhəmməd Baqiri növbəti addımlara hazır olduqlarını söyləyib: "Bizim nöqteyi-nəzərdən əməliyyat başa çatıb. Əməliyyat tamamilə uğurlu olub. Ancaq İran Silahlı Qüvvələri zərurət yarandığı halda hərəkətə keçməyə hazırdır".