08 Yanvar 2014 12:47
33616
MÜSAHİBƏ

Məhəmməd Talıblı: “Müsavat siyasi reputasiyasına zərbə vurdu”

"Bu hadisə təkcə bir partiyanı yox, geniş tərkibli əsas müxalif kəsimini çətinfakt qarşısında qoydu”

AXCP rəyasət heyətinin üzvi  Məhəmməd Talıblının Adalet.az-a müsahibəsi

-Məhəmməd bəy,Müsavat Partiyasının Milli Şuranın təsisçiliyindən imtina etməsini necə dəyərləndirirsiz?

-Milli Şura cəmi iki partiyanın təsisçiliyi yaradılsaydı,Müsavatın getməsi müəyyən siyasi çəki və boşluq yarada bilərdi. Amma Milli Şuranınsiyasi spekti elə rəngarəng və güclü tərkiblidir ki, bir partiyanın oranı tərketməsi siyasi vakuum yarada bilməz.

-Milli Şurada təmsil olunanKXCP sədri Mirmahmud Mirəlioğlu isə mətbuata açıqlamasında qurumun fəaliyyətininbitdiyini deyib.

-Sadəcə Milli Şuranın işininsəmərəli qurulması üçün strtukturlaşma, yüksək reputasiyaya malik şəxslərin,mütəxəssislərin strukturlarda təmsilçiliyinə nail olmaq lazımdır.Komissiyaların işi, yenikomissiyaların yaradılması, mövcud komissiyalarda kənar kadr bankının formalaşmasıvə s. işlər gücləndirilməlidir.

-Hələlik istefalar müşahidəolunur...

-İstefalar epizodik halları əhatə edir. Hansısaistefalar digər üzvlüklələrlə kompensasiya oluna bilir. Milli Şura kimistrateji siyasi mərkəzi əminəm ki, zəifləməyəcək. Bəlkə kənarda duran və bir azehtiyatlı mövqə tutan digər siyasi qrupların, vətəndaş cəmiyyəti inistutlarınıntəmsilçilərinin üzvülük məsələsini gündəmə gətirəcək.

-İndiki zamanda "bəlkə”özünü nə dərəcədə doğrulda bilər? Sizcə cəmiyyətdə Milli Şura və müxalifət barəsindədolğun fikir yoxdur?

-Ruslarda belə aforizm var: "Müqəddəyerlər boş qalmır”.Mən inanıram ki,cəmiyyətdə artan siyasi dinamizmə uyğun olaraq Milli Şura ətrafındakristallaşma mərkəzi formalaşmaqda davam edəcək.Gedənlər də olur, gələnlər də...

-Əvvəllər müxalifətqurumlarına gələnlər olurdu, ancaq indi bu yöndə mütərəqqi irəliləyişlər nəzərəçarpmır.

-Siyasi fəallıq dövrü artdıqca,Milli Şura ətrafında təbliğat genişləndikcə irəliləyişlər artacaq.

-Belə çıxır ki, Milli Şura 2015-ci il parlament seçkilərini hədəfgötürüb.

-Yox, mən elə hesab etmirəm. Mən hesab edirəmki, Milli Şuradan çıxan partiyanın 2015-ci il parlament seçkiləri ilə bağlıyaxın hədəfi var. Milli Şura köklü siyasi dəyişiklərlə bağlı daha genişstrateji məqsədlərə malikdir. Bu strateji məqsəd hökumətin mərhəməti və oyunqaydalarına baş əyməsi ilə bağlı deyil. Xalqın siyasi iradəsinə söykənən məqsədlərdir.

- Hər halda etiraf MüsavatMilli Şuradan çıxmaqla AXCP-ni meydanda tək qoymuş oldu.

-Bu hadisə təkcə bir partiyanı yox, geniş tərkibliəsas müxalif kəsimini çətin fakt qarşısında qoydu. Müsavatın strateji baxışınındərin olmaması, onun siyasi kimliyinə, reputasiyasına böyük zərbə vurdu. Siyasi etimadsızlıq növbətisiyasi qurumlarla əməkdaşlıq üçün çox ciddi maneədir.

Ədil Ədilzadə