Məhkəmədən həbsdə olan sabiq daxili işlər naziri ilə bağlı qərar
Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı müraciətinə baxılıb.
Adalet.az xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, prosessual müddətin uzadılması ilə bağlı ərizə əsassız hesab olunaraq rədd edilib.
Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs edilib. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.(apa)
Digər Xəbərlər
19 Iyun 2026 16:25
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu - YENİLƏNİB
18 Iyun 2026 11:03
"Arzum"a cəza tələb edildi
16 Iyun 2026 12:04
Məhkəmə Əli Kərimli barəsində qərar verdi
09 Iyun 2026 19:39
Arayikgilin apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanıldı - FOTOLAR
04 Iyun 2026 12:34
Müstəntiq "Arzum"un məhkəməsində ifadə verəcək
13 May 2026 18:13
Beynəlxalq axtarışda olan Hindistan vətəndaşı təhvil verildi
08 May 2026 11:52
İlk nikah pozuldu, ikinci nikah etibarlı sayıldı - Ali Məhkəmənin qərarı
06 May 2026 11:44


Bakı -°C

