Məhkuma xurmanın içərisində narkotik ötürməyə cəhd etdilər

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
Adalet.az xəbər verir ki, məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 4 ədəd xurmanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə 0,730 qram qurudulmuş marixuana və 1,112 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Digər Xəbərlər

Su polisi Xəzərdə brakonyerlik edən şəxsi saxladı - VİDEO

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanıldı

Beyləqanda güllələnən şəxslərin kimliyi bilindi - YENİLƏNİB

Avtoxuliqanlıq edən sürücülər həbs olunub - VİDEO

Bakıdan rayona qonaq gedən 32 yaşlı kişi öldürüldü - Qayınatası tutuldu

Ağcabədidə 16 yaşlı qız qətlə yetirildi - Qardaşı saxlanıldı
