"Mehriban xanımın dəstəyi olmasaydı, bu gün əlil ola bilərdim" - Cavanşir Quliyev
Azərbaycan dövləti, xüsusilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi olmasaydı, ən yaxşı halda mən bu gün əlil ola bilərdim. Səhhətimdə yaranan problemlər məhz Mehriban xanımın yüksək diqqət və qayğısı, dövlətimizin dəstəyi nəticəsində aradan qaldırıldı. Bunun üçün Mehriban xanıma xüsusi təşəkkürümü bildirirəm.
Adalet.az xəbər verir ki, bu fikirləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev AZƏRTAC-a açıqlamasında ifadə edib.
Səhhəti ilə bağlı danışan bəstəkar deyib: “Sağlamlıq hər kəs üçün çox vacibdir, lakin bəzən bunu unuduruq. Səhhətimdəki narahatlıq eyni vaxtda üç problemin yaranmasından irəli gəldi. Hazırda səhhətim qaydasındadır. Müalicə müddəti çox ağır idi. Bu müddət ərzində üç əməliyyat keçirdim. Mənim üçün ən sevindirici hal o oldu ki, əməliyyatlar nəticəsində hansısa qalıcı problem yaranmadı, hətta əvvəlki narahatlıqlarım da aradan qaldırıldı. Burada da əsas olan yardımın vaxtında edilməsi idi. Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram”.
Digər Xəbərlər
31 Yanvar 2026 15:53
Beşbarmaqda qədim karvansaray aşkarlandı - FOTOLAR
30 Yanvar 2026 19:20
Təltif edilən gənclərdən biri görmə məhdudiyyətli ifaçıdır - FOTO + YENİLƏNİB
28 Yanvar 2026 13:54
Səmimi Fərhad: “Bu, sistemli tənqid deyil, təhrikedici üslubdur”
27 Yanvar 2026 14:09
Əməkdar mədəniyyət işçisi vəzifəsindən azad edilib
26 Yanvar 2026 19:25
Multikulturalizm Mərkəzinin icraçı direktoru Qüds Yunan Pravoslav Patriarxı ilə görüşüb
24 Yanvar 2026 18:25
Aktrisa Məsumə Babayeva vəfat etdi
21 Yanvar 2026 12:00
Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq
16 Yanvar 2026 13:58


Bakı -°C

